Ansel Adams sadəcə fotoqraf deyil. O, fotoqrafiya tarixində əfsanəfi bir şəxsiyyətdir. Ansel Adams özünün ağ-qara peyzajlarına görə dünya məşhurluğu qazanmış tanınmış foto-klassikdir.
Bundan əlavə, fotoqrafiyanın inkişafında onun böyük xidmətləri olmuşdur. Belə ki, Fred Arçerlə birlikdə hələ ötən əsrin 1939-1940-cı illərində zona nəzəriyyəsi adlanan bir nəzəriyyə formulə etmişdir ki, bu nəzəriyyənin əsasında gələcək nəsillərin fotoqrafları optimal ekspozisiya əldə etmək üçün yaxşı bir alət əldə etmişlər.
Ansel Adamsın bir çox işləri kompozisiya qanunları üzrə əyani vasait kimi xidmət göstərir, kadrdakı obyektlər arasındakı əlaqəni anlamağa kömək edir və müəyyən emosiyalar yaradır.
Bundan başqa, o, fotoçap texnikası və neqativlərin emalı işlərini ustalıqla həyata keçirirdi. Kimyəvi proseslərlərin köməyi ilə indiki zamanda “iki klikə” qrafik fotoredaktorlarda görülən işlərlə məşğul olurdu. Bəzən, bir neqativin emalına Adamsın 8-10 saat vaxtı gedirdi.
Lakin bundan əlavə, Ansel Adams belə hesab edirdi ki, fotoqrafın texniki kamilliyi və ustalığı onun bədii baxışları ilə, fotoqrafın dünyaya münasibətinin fotoqrafiya vasitəsi ilə ifadə edilməsi bacarığı ilə müqayisə edilə bilməz.
Ansel Adamsın “Titon silsiləsi və Sneyk çayı” fotoqrafiyası digər sivilizasiyalara Yer kürəsinin təbiəti və geologiyası haqqında informasiya ötürmək üçün kosmosa buraxılan “Voyajer” kosmik gəmisinin qızıl valına daxil edilməsi üçün seçilmiş 116 iş sırasına düşmüşdür.
Ansel Adams daha çox ağ-qara fotoları ilə məşhurdur, lakin o, həm də rəngli fotoqrafiyalar da çəkmişdir.