Fotoqraf Orxan Əzim Astara rayonunun Diqo kəndində çəkdiyi fotolarla Avropa Birliyinin layihəsi çərçivəsində “Ailə dəyərləri” mövzusunda keçirilən müsabiqənin Azərbaycan üzrə qalibi olub.
Təşkilatçılar Orxan Əzimi təqdim edərək onun Rusiya, Gürcüstan, Türkiyə, İran, İraq, Qazaxıstan, Ukrayna, Macarıstan, İtaliya, Suriyada fotolar çəkdirdiyini, əsərlərinin bir çox yerli və beynəlxalq nəşrlərdə dərc olunduğunu qeyd ediblər. Onun “Çernobıl qəzasının 30 illiyi” və “Müharibədən sonra Hələbdə həyat” layihələri xüsusi qeyd edilib.
Müsabiqədə qalib olduğuna görə Orxan Əzimə 1000 avro mükafat verilib.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında fotoqraf Orxan Əzimin çəkdiyi fotolar Astaranın ucqar Diqo kəndində məktəbin olmadığına görə şagirdlərin hər gün dağ yolları ilə 5 km məsafə qət edərək qonşu Pəlikəş məktəbinə üz tutduqları əks olunmuşdur.
Həmin ilin may ayında Prezident İlham Əliyev Astara rayonunun Diqo kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin tikintisi üçün büdcədən 285 min manat pul ayırıb.