DxO Mark-dan tam olaraq 100 xal alan ilk fotoaparat: Nikon D850

Nikon D850 indiyə qədər DxO Mark labaratoriyasında maksimum olan 100 xalı toplayan ilk DSLR fotoaparat oldu.

98 xal yığmış Sony a7R II isə Nikon D850-dən sonra dayanmaqdadır. İlk dəfə öz məhsullarında arxa fondan işıqlandırma sensoru ilə marketə qoşulan Nikon, sözün əsil mənasında gec oldu, amma güc oldu.

Bu sensorun təqdim etdiyi şəkil keyfiyyəti hətta yeri titrətdi. Bunları biz deyil, DxO Mark bəyan edib. D850 labaratoriya şəraitində keçirilən testlər də bütün fotoaparatlara nisbətən İSO göstəricisində ən yaxşı rəng və dinamik göstəricilərinə malikdir.

Laboratoriya tərəfindən test edilən cihazlar arasında D850-yə İSO göstəricilərində rəng və keyfiyyət göstəricilərinə çata biləcək DSLR fotoaparat mövcud deyil, lakin Sony a7R II və full frame olmaqla yanaşı yığcam Sony RX1R II-nin göstəriciləri liderə çox yaxındır.

Nikon D850-nin zəif işıq şəraitində göstəricilərinin birinci sinif olmadığını boynuna alan DxOMark, buna baxmayaraq fotoaparatın göstəricilərinin qəbul ediləcək olduğunu vurğulayır. İSO göstəricisi 3200-ə qədər çox aşağı faizli rəqəmsal səs müşahidə olunur. Bu miqdar sonrakı redaktə işlərin də azaldıla bilər. Əgər aşağı İSO göstəricilərin də yülsək keyfiyyətli və orta formatlı aparatlara yaxın olan bir cihaz axtarırsınızsa Nikon D850 bütün saydığımızlara tam uyğun gəlir.