Canon 80D və Nikon D7200 qarşılaşdırması ile qardaşı-qardaşa düşmən edən döyüşdə yeni bir cəbhə açırıq 🙂 Canon və Nikon istifadəçilərinin 100 illik müharibəyə bənzəyən mübarizəsi davam edir. Bu gün oxucular tərəfindən gələn istəyi nəzərə alıb, bu iki modeli baş-başa vuracağıq.
Nikon D7200-ü 2015ci ildə buraxdıqdan sonra istifadəçiləri bu seqmentdə xırda bir üstünlük qazanmışdı. Ancaq Canon cəbhəsi boş dayanmadı ve fərziyyələrə səbəb olan yeni aparatını buraxdı. Biz indi bu müharibə meydanını buraxıb təpəyə çıxaq ve sakit şəkildə hansının daha yaxşı olduğunu müzakirə edək.
Sensor
İki aparatım da 24.2 MP gücü var. 80D DİGİC 6 prosessor işlədir. Prosessor məsələsində hansının daha yaxşısını demək bizi iki qrupun arasındakı qızğın məsələyə daxıl edər amma bu məlumat bizə bir yön verə bilər; 80D 1.6 crop, 7200D 1.5 crop faktorizasiyalıdır. Bu çox böyük bir fərq deyil, amma düşmənlər üçün böyük bir uğurdur.
ISO Performansı
Müharibələr əvvəllər gündüzlər aparılır, gecələr istirahət edib güc yığılırdı. Amma artıq veziyyet bele deyil. Fotoqraflar gözlərinin bələ görmədiyi qaranlıqda şekil çəkmək istəyir, firmalar da bunun üçün var gücü ilə işləyir 80D buraxılmamışdan əvvəl gözlənti çox yüksək idi amma lazımı qədər tətmin etmədi. Canon 80D əsas İSO dəyəri olaraq 16.000-a çıxa bilir. Aparatı yoxladığınız vaxt isə sizə verdiyi ən yüksek dəyər 25.600… D7200 istifadəçiləri hazırda qalibiyyət sevinci hiss edir. Çünki Nikon D7200-da bu rəqəm 25.600-dır. Artırılmış İSO da isə 51.200-102.400 dəyərləri arasındadır.
Ardıcıl Çəkiliş Performansı
Fotoqraflığı “Anı Tutmaq” kimi görənlər bir aparatı əlinə alanda birinci bu funksiyanı test edir. Saniyədə neçə defə çəkəbildiyini bilmək, xüsusi ilə hərəkətli mövzuları işləyənlər üçün çox vacibdir. Sözü gedən bu iki aparat da isə vəziyyət budur. 80D saniyədə 7 dəfə çəkmə şansı verir. D7200 ise 6… Ancaq D7200 1.3 croplu rejimində saniyədə 7 dəfə çəkə bilir. Amma Canon psixoloji olaraq ileridə gedir.
AutoFocus
İki tərəf də hələ ki bir birinə üstünlük təmin edə bilmir. Gəlin biz aparatların AF nöqtəsi rəqəmləri barədə müzakirəyə keçək. Bir il əvvəl çıxan D7200’də 15’i cross-type olmaq üzrə 51 AF nöqtesi var. Gənc bacarıq 80D’də isə tam olaraq cross-type 45 AF nöqtəsi görürük.
Video Performansı
Çətin bir mübarizənin davam etdiyi cəbhədəyik, video performans dəyərləndirməsindəyik. Video qeyddən istifadə etməyən istifadəçilər belə yaxşı bir video performans gözləyir. Artıq aparatlarda standartlaşmış olan vəziyyətdir və ikisi də bu vəziyyəti pozmur, 80D ve D7200 Full HD formatda 60fps çəkir.
Gövdə
İçində nə qədər çox xüsusiyyət istəsək də, aparatlarımızın yüngül olmasını istəyirik. Rahat daşımaq, erqonomik olsun ve qolumuzu yormasın. Bu mövzuda 675 qramlıq D7200, 730 qramlıq 80D-ni geridə qoyur. Elave olaraq deməliyik ki iki aparatda da Wi-Fi ve NFC xüsusiyyetlerinin olması “Paylaşmaq üçün yaşayanlar” üçün artıq olmazsa olmazdır.
Ekran
Artıq şəkil çəkmək üçün sadəcə vizora baxmağa ehtiyac yoxdur. Firmalar artıq aparatların ekranını mümkünü qeder böyük ve istifadəçilerin istəklərinə uyğun hala getirir. Ağıllı telefonlar insanlarda böyük ve sensorlu ekran isteyi yaratdı. Canon da 80D’de 3” düymlük sensor ekran istifade etdi. D7200 3.2” düymlük ekranı ile üstünlük elde etse de sensor olmaması ile reqibine boyun əydi. Amma Nikononun sevənlərinin üzünü güldürəcək bir xüsusiyyət də 80D’de ekrandakı görüntünü təşkil edən nöqte sayı 1.040.000, D7200 1.228.800 nöqtə sayı ile sizə daha çox xırdalıq görmə şansı verir. Bu yazıda nəticə qisminə gəldiyimiz halda hansının firmanın daha yaxşı olduğuna qərar verə bilmədik. Hansısa firmaya xüsusi bir simpatya duymadığınız vaxt açıq bir şəkildə hansının daha yaxşı olduğunu demək mümkün olmur. Sizə göstərdiyimiz qarşılaşdırmalar da sübut edir ki iki firma da bir birini sınağa çəkməyə davam edir. Foto sevənlər olaraq bizə də bundan bəhrələnmək düşür. Onlar hər yeni aparat çıxaranda həyəcanlanırıq, sevinirik, dostlarımızla paylaşırıq ve hansının daha yaxşı olduğunu müzakirə edirik. Və nəticə etibarı ile özümüzü inkişaf etdiririk!