Məlum məsələdir ki, aparatlara “N” qədər pul veririk. Bu məbləğlər də asanlıqla qazanılmır.
Deməli aparatımızı yaxşıca qorumalıyıq. Bəs, bunun üçün nə edək? Bunun üçün ilk olaraq DSLR aparatımıza xüsusi örtük almalıyıq.
Söhbət aşağıdakı fotoda görünən örtükdən gedir. Rezin tərkibli bu örtük aparatınıza həm fərqli görüntü verəcək, həm də mühafizə edəcək.
Aparatlar əsasən sürtünmə səbəbi ilə parıldayırlar, harasa yüngül də də olsa sürtünən zaman cızılırlar və s. Bu örtük sayəsində onu qoruya bilərsiniz. Hətta normalda aparata ciddi zərər verəcək zərbələrdən də qorunacaqzınız.
Bununla yanaşı çalışın aparatı hər zaman zərbəyə davamlı çantalarda gəzdirin. Yıxıla bilərsiniz, çanta aşa bilər və s. Bu zaman çantanın zərbəyə davamlı olması vacindir. Sadəcə görüntüsünə aldanıb, əslində isə fotoparat üçün nəzərdə tutulmayan çantaları almayın.