Canon şirkətinin səs-küy salan və zirvə fotoaparatı sayılan Canon 1Dx mark 2-ni test etdik.
Bu yaxınlarda Bakıda baş tutan Formula 1 yarışları zamanı bu gözəlçəni test edə bildik. İlk olaraq onu deyim ki, aparat şikarını parçalamaq istəyən şir effekti verir. 16fps sürət çox şey deyir.
Hər dəfə foto çəkmək istəyəndə aparat dayanmaq istəmir. Saniyədə 16 kadr təbii ki, az bir şey deyil. Formula 1 zamanı ən çox istifadə edilən aparatın Canon 1Dx mark 2 olması da boş yerə deyil.
Aparatı Canon 16:35 mm F4, Canon fix 300 mm F2.8, Canon 24:105 mm F4 kimi lenslərlə yoxladıq. Hər bir lensdə aparat özünü çox yaxşı göstərdi.
20.2 MP görüntü keyfiyyəti də pis təsir göstərmədi. Aparatın çəkisi bir az çoxdur. 1530q çəkiyə malik olan body-yə lens də taxanda bir xeyli ağırlıq edir. Buna baxmayaraq, çəki elə də dərd deyil.
Canon 1Dx mark 2 çox funskionaldır. İstər düymələrin düzülüşü, istər menyusu, istər də əldə oturuşu… Hər cəhətdən mükəmməl aparatdır.
Aparatda mənfi cəhət axtardıq, tapa bilmədik. Bəlkə pikselinin az olması onun zəif nöqtəsidir.