Fotojurnalist üçün ən uyğun Canonu tanıyaq

Ölkəmizdə media sahəsində çalışan fotoqrafların sayı yetərincədir. Hər kəsə məlumdur ki, sayt rəhbərləri, redaktorlar ən çox operativlik tələb edirlər. 

Bu operativlik tələbini qarşılamaq üçün fotoqraflar, fotojurnalistlər çox vaxt əziyyət çəkirlər. Fotoqraflar.com bu tipli problemlər yaşayan şəxslər üçün maraqlı məqalə hazırlayıb.

Belə ki, bu yazımızda sizlərə WI-FI ötürücüsü olan Canon aparatlarından bəhs edəcəyik.

WI-FI ötürücü nədir?

Bu wi-fi ötürücü evdəki modemdən deyil, qarışdırmaq olmaz. Həm Nikon, həm də Canon şirkətinin bəzi modellərində olan wi-fi ötürücü (paylaşımı) böyük bir üstünlükdür. Belə ki, çəkdiyiniz fotoları (Videoları yox- red) android və ya İOS telefonunuza 5-6 saniyə içində ötürə bilərsiniz. Hətta kameranızı uzaqdan telefonla idarə edə bilərsiniz. Məsələn, 20-30 metr məsafədə dayanıb, telefunuzu aparata bağlayıb, video və ya foto çəkə bilərsiniz. Bunun üçün Camera Connect, EOS Remote kimi proqramlar mövcuddur. Oxşar proqramlar Nikon üçün də mövcuddur.

İlk olaraq çoxumuzun cibinə uyğun olan Canon 70D 🙂 Saniyədə 7fps RAW+JPEG fotoşəkil çəkən fotoaparat, İSO 100 – İSO 25600 işıq həssaslığına malikdir. İSO performansına görə, öz sinifində olan aparatlardan daha üstündür. Məsələn, eyni məkanda Canon 60D və 70D varsa və 1250 İSO-dan çox İSO tələb olunursa, bu zaman sizə 70D daha çox yararlı olacaq. Üstəlik wi-fi ötürücüsü də var 🙂

Bir az əl “yandıran” 6D… 

Image result for canon 6D

Canon 6D də wi-fi ötürücüsü olan aparatlar sırasında daxildir. Full-frame özəlliyə malik 6D-nin İSO performansı çox yüksəkdir. Fotoqraflar arasında “Zerno” dediyimiz foto görüntü problemi bu aparatda demək olar ki, yoxdur. Təbii ki, düzgün istifadə etsəniz.

Nikon şirkətinin D5500, D750 kimi modelləri də bu sinifə aiddir. Bu modellərdə də wi-fi ötürücü vardır.