Fotoaparatı necə təmizləyək?

Fotoaparatın Təmizlik və Baxımı, avadanlığınızın ömrünü uzadan və texniki nasazlıqları qarşısını alan ən vacib məsələlərdən biridir. Bu dövri təmizlik və baxım yalnızca fotoaparatın gövdəsi deyil, həmçinin bütün optik hissələr, yəni obyektivləriniz üçün də keçərlidir. Lakin bu təmizliyin düzgün aparılması da önəmlidir. Çünki yanlış müdaxilə və yanlış materiallardan istifadə etməklə faydadan çox zərər də verə bilərsiniz. Bunun üçün təcrübələrimiz və mütəxəssislərin fikirləri əsasında bir dövri baxım təlimatı hazırladıq. İndi mərhələlərlə Fotoaparatın baxımı necə düzgün aparılır görək.

Fotoaparatınıza və obyektivlərinizə zaman ayırın

Əvvəlcə Kamera və obyektiv təmizliyi başlı-başına bir işdir. Bunun üçün aparat və obyektivlərinizin təmizliyinə bir az zaman ayırın. Yəni dərhal çəkim anında ya da çəkimə çıxmadan sadəcə tozunu almaq baxım və təmizlik deyildir. Bunun üçün münasib bir zaman seçin və dövri olaraq da bu təmizliyi mütləq edin. İstər peşəkar, istər həvəskar olun. Xüsusilə avadanlıq investisiyasının olduqca bahalı olduğu bu günlərdə avadanlığınıza edəcəyiniz bu baxımlar ömrünü uzadacaqdır. Bunun üçün öncəliklə çox toz təhlükəsi olmayan bir məkanda təmizlik aparmağa çalışın.

Yaxşı bir fotoaparat təmizlik dəstiniz olsun

Yaxşı bir avadanlıq təmizliyinin vazkeçilməzi təmizlik dəstidir. Bazarda bir çox dəst satılır. Amma hamısı məqsədə uyğun deyil. Bəs yaxşı bir fotoaparat təmizlik dəstində nələr olmalıdır? Əvvəla yaxşı bir mikrofiber dəsmal, quru hava pompası, yumşaq uclu fırça mütləq dəstin içində olmalıdır. Bunlar əsas təmizlik elementləridir. Bunlardan başqa təmizlik kağızları da vardır. Onların da iki mərhələli olanları, yəni əvvəl nəm sonra qurutma kağızı olanları yaxşıdır.