Nikon sürətli zoom obyektivlərindən ibarət “Möhtəşəm üçlüsünü” təp-təzə AF-S NIKKOR 24-70mm f/2.8E ED VR ilə yeniləyir.
NİKKOR silsiləsinin ən çox istifadə edilən professional zoom obyektivi tamamilə yenilənməsinin üstünlüyü ilə artıq daha sürətli, daha güclü və heç olmadığı qədər daha dəqiqdir.
Nikon-un təsir edici Titrəməni Azaltma (VR) funksiyası ilə yeni optik bir quruluş və daha sağlam bir gövdə bu məhşur obyektivdə öz yerini tapır.
Nikon Avropanın obyektivlər, aksesuarlar və proqram istehsalçı müdiri Zurab Kiknadzenin dediyinə görə “24-70mm obyektiv, hər professional fotoqrafın çörəyi və suyudur”. Bununla işləyən professionallardan gələn reaksiyalara əsasən Nikon; foto keyfiyyəti, quruluş sərtliyi, sürət kimi bütün tərəfləri inkişaf etdirməklə bərabər VR ilə daha çox dəqiqliyi təmin etdi. Onsuz da əfsanəvi 24-70mm f/2,8G’nin yerinə keçən yeni AF-S NIKKOR 24- 70mm f/2.8E ED VR, günümüzün professional fotoqralarının tələblərinə müstəsna bir bütövlüklə cavab verməyə hazırlaşır.

Chris McLennan: AF-S NIKKOR 24-70mm f/2.8E ED VR Nikon D4S
Mövcud 24-70mm (2007-ci ildə Nikon D3 ilə birlikdə təqdim edilmişdir) hələ də geniş şəkildə bəyənilsə də bu obyektivin yeni versiyası, performansı ayrı bir səviyyəyə çıxardır. Yeni optik dizaynda asferik bir ED şüşə elementi mövcuddur; bu, bütün NIKKOR obyektivlər üçün bir ilkdir. Rənk əyilmələri və koma ilə mübarizə aparmaq üçün inkişaf etdirilən yeni bir elementdir, işıq düşməsini azaldır və görüntü kənarlarındaki kompromis bir görüntü imkanı təmin edir. Yeni VR sistemi, aparat titrəməsinin ən aza endirir və dört dayanmaya qədər daha yavaş deklanşör sürətində çəkiliş etməyinizə imakan yaradır.
1 ayrılıqda Nikonun xüsusi Səssiz Dalğa Motoru (SWM) texnologiyasınin köməyi ilə AF inkişaf etdirilmiş və 24-70mm f/2.8G’də istifadə edilən SWM texnologiyasından 1.5 qata qədər daha sürətli vəziyyətə gəlmişdir. Yüksək sürətdə arxa arxaya çəkilişlər əsnasında daha tutarlı, daha həssas fokuslamalar təmin edən bir elektromaqnetik diafraqma əlavə edilərək mexanik dirək mexanizmaları ilə əlaqələndirilə bilən qəza ilə ziyan riskini də azaltmışdır.

Chris McLennan: AF-S NIKKOR 24-70mm f/2.8E ED VR Nikon D4S
Nikonun yeni 24-70mm obyektivi illər boyu hər gün professional istifadənin gətirdiyi ziyana dirənməyə hazırdır. Optik dizayn 16 qrupda 20 element və Nano Kristal Üzlük ilə qarışıq olsa da Nikon, daha möhkəm bir məhsul ortaya çıxarmaq üçün bu obyektivin quruluşunu gücləndirdi. Daxili qoruyucu balaca amma vacib bir inkişafdır. Nikon, professionallardan gələn müraciətləri nəzərə alaraq sərbəst buraxma düyməsini qəza ilə çıxarmanın qarşısını almaq üçün bir oyuğa yerləşdirdi. Təbii olaraq obyektiv tamamən hava sızdırmazdır. Obyektivin qabaq və arxa elementlərinə işlənən flor örtük, şəkil keyfiyyətindən güzəşt etməyərək suya, toza və torpağa qarşı aktiv qoruma təmin edir. Örtük ayrılıqda üzlüyə zərər vermədən şüşəni təmizləməyi də asanlaşdırır.