Geniş bucaq lenslər – qısa fokus məsafəsinə sahib, çəkilən obyekti daha böyük baxış bucağı ilə əhatə edən obyektiv növüdür (Wide Angle Lens).
Bu 16-20 mm və 20-35 mm-lik fokus məsafəsi olan obyektivlər çox geniş bucaq və geniş bucaq kimi adlandırılır.
Təcrübəli insanın əllərində müstəsna foto şəkillər çəkmək imkanı verən bu obyektivlər, yanlış istifadə oluduqda, şəkillərdəki deformasiyalara səbəb olurlar. İnsan üzləri yaxından çəkiləndə deformasiyaya məruz qalır, şəklin künc tərəflərinə uzanırlar. Böyük bucaq lenslər ən çox bu sahələrdə istifadə olunur: təbiət şəkilləri, daxili və xarici məkanlarda, küçə fotoqrafiyası.
Geniş bucaq lenslərlə çəkiliş edərkən çəkilən şeyin kadrın tam qırağında olmamasına diqqət etmək lazımdır. Şəkli kəsmək istəsəniz, onu belə çəkəndən sonra daha rahat kəsmək funksiyasından istifadə edə bilərsiniz. Çəkilən obyekti kadrın tam qırağına salsanız, şəkildə qırışmalar və deformasiyalar əmələ gələcək. İstifadəçilərin çoxu bundan narahatdır, amma narazılığı olmayanlar da vardır.
Geniş bucaq lensi seçəndə, nəzərə alınması lazım olan əsas faktor kameranın fullframe və ya crop faktorudur. Əgər nümunə versək, Canon EOS 5D MARK III istifadə ediriksə və lensimiz də Canon EF 16-35 mm f/2.8 L USM-dirsə bu bizə ultra geniş bucaq təmin edəcək.
17mm-də çəkilmiş foto şəkil nümunəsi:
Canon EF-S 10-22mm f/3.5-4.5 USM Lens
Bu lens crop faktorlu kamera istifadəçilərinin çox seçdiyi və məsləhət gördüyü bir lensdir. Ən geniş bucaqda 16 mm-lik mənzərə təmin edir. Canon EF-S 10-22mm f/3.5-4.5 lensi Sigma 10-20 mm, Canon EF 17-40 mm f/4.0 L USM və Canon EF 16-35 mm f/2.8 L USM lenslər arasında ən az bükülməyi olan lensdir. 10 mm-də yaranan bükülmə Photoshop vasitəsi ilə asan şəkildə düzəlir. Lens 17 mm-dən sonra bükülmə yaradır. Diafraqmanın açıq vəziyyətində qaralmalar daha çox əmələ gəlir. Diafraqmanın ölçüsü azalanda qıraqdakı qaralma zəifləyir. USM motoru olduğuna görə lens sürətli və səssiz şəkildə fokuslanır. Rənglər və aydınlığa gəldikdə isə rəqibi olan Sigma 10-20-dən daha yaxşıdır. 24 sm minimum fokuslama nöqtəsinin olması da bir üstünlükdür.
Canon EF 17-40mm f/4.0 L USM Lens
Bu lens bazarda olan digər L seriya lenslərə görə qiymətinin daha ucuz olması və digər geniş bucaq lenslərdən bir addım öndə olmağına görə, Canonun ən çox satılan lensi olmaq şərəfinə layiq olub. Bu lens L olan ən yüngül (475 qr) və ən balaca (83.5 mm x 96.8 mm) lensdir. Lens Full Frame matrisalarında istifadə olunduqda ultra geniş bucaq təmin edir. 1.6x crop kameralara taxıldıqda geniş bucaq olaraq xarakterizə olunur. Ultrasonic Motor sayəsində fokuslaması sürətli və səssiszir.L seriyasının ümumi özəlliyi olan pis hava şəraitinə uyğunlaşması bu lensdə də qarşımıza çıxır. Şəklin qıraq tərəflərinə bütün geniş bucaqlarda qarşımıza çıxan aydınlığın pozulması problemi bu lensdə də qarşımıza çıxır. Mənzərə çəkilişləri üçün ideal parametrlər f/8 və f/11-dir. Geniş bucaqların başqa problemi bükülmə effekti bu lensdə də mövcuddur. Lakin bu bükülmə effektini hiss edə bilmək üçün bu lensi Full Frame body-də istifadə etməniz lazımdır. Rəng və kontrast göstəriciləri çox yaxşıdır.Amma Full Frame body sahibləri 17 mm f/4-dəkünc tərəflərdə qaralmaları hiss edəcəklər. F/8-dən istifadə edib bu qaralmaların qarşısını ala bilərsiniz. Standart qalınlıqda bir UV filtr çox az miqdarda kənar qaralması yaradacaq. Bu lensin Canon EF 16-35mm f/2.8 L USM-dən fərqi qiyməti və Canon EF 16-35 mm f/2.8-nin 2 qat daha çox işıqalmasıdır. Bu lens 1.6x croplu bodylərdə 27-64 mm ilə bərabər gələcək. Kit lensinizlə demək olar ki, eyni bucağı eldə edəcəksiniz, amma bu kit lensdən qat qat daha yaxşıdır. Kit lensdən imtina edib, bu lensi almaq yerinə qiymət baxımından uyğun olan TAMRON 17-50 mm F/2.8 VC-i təklif edirik.
Canon EF 16-35mm f/2.8 L II USM
Ultra geniş bucaq bir lens olması və f/2.8 diafraqma göstəricisi Canonun L seriyasındakı ən önəmli lensdir. Canon EF 16-35 mm f/2.8 L profesionalların və ciddi həvəskar istifadəçilərin ən sevdikləri lens oldu. Hər L lensdəki kimi bu lensində xarici quruluşu və optik keyfiyyəti ən yüksək səviyyədədir. Canon EF 16-35 mm f/2.8 L II USM-in ölçüləri 88.5 mm x 111.6 mm-dir və çəkisi 640 qramdır. Ölçüsü və ağırlığına görə çox rahat lensdir. Canonun USM motoru həqiqətən də qüsursuzdur; sürətli, səssiz və düzgün fokuslama edir. Canon EF 16-35 mm f/2.8 L II USM lens ən son avtomatik fokuslama alqoritmi ilə təchiz edilmişdir. Bundan əlavə, bu lensdə full time manuel fokuslama etmək də mümkündür. Foto şəkillərin kənarlarında aydınlığın azalması hər ultra geniş bucaq lensdə olduğu kimi bu lensdə də mövcuddur. Full Frame istifadəçiləri bu lensi 16 mm f/2.8-də istifadə edərkən yaranan qaralmalara indidən hazır olsunlar. Bu qaralmaların miqdarı çox olmamaqla birlikdə, Photoshop-da biraz işləməklə ortadan qaldırıla bilərlər. Bu lensin istehsalı ilə bərabər yeni layihəni etməyin məqsədi isə lensin yüksək kontrast səviyyələrini və rəngləri mümkün qədər əsl həyatda olanlara yaxın ola bilməsini təmin etməkdir. Lensin birinci və ikinci versiyalarında aradakı ən böyük fərqin 77 mm filtr diametrin lensin ikinci versiyasında 82 mm-ə qədər böyüməsidir. Filtrin diametri böyüdükcə lensin içinə daxil olan işıq miqdarı da müvafiq olaraq artır. Canon E 17-40 mm f/4.0 L USM lens müqayisə etsək, həddindən artıq böyük bir fərq ortaya çıxır. Bu iki lens arasındakı ən böyük fərq diafraqma fərqidir. Canon EF 17-40 mm f/4.0 L USM lensə görə daha az kənarlarda qaralma yaradır. Əsas da Full Frame istifadəçiləri bu iki lens arasındakı kənar qaralmaları ilə bağlı olan fəqrini daha yaxşı anlayacaqlar. Bu iki lensi müqayisə edəndə Canon EF 16-35 mm f/2.8 L II USM foto şəklin ortasında əminliklə daha aydın nəticələr verir. Buna bütün diafraqmalar daxildir. 24mm-ə qədər Canon EF 16-35 mm f/2.8 L II USM aydınlığı olanda Canon EF 17-40 mm f/4.0 L USM-ə görə fərq edir, lakin 35 mm-ə gəldikdə, fərq qalmır.
SIGMA 10-20 mm F/4-5.6 EX DC HSM Lens
Sigmanın Excellence mükəmməl olaraq aid olduğu sinifə məxsus lenslər üçün istifadə olunan qısaltmadır. Canon L seriyasının olduğu kimi, Sigmanın ən yüksək optik və gövdə keyfiyyətindəki obyektivləridir. Gövdənin görünüşü və üzərindəki EX logosu ilə ayrıla bilirlər. Həm 35 mm SLR, həm də DSLR kameralarda istifadə oluna bilən, bununla yanaşı matrisadan işığın əks olunmasının qarşısını almaq üçün ekstra optik örtüyünün olması DSLRlər üçün optimallaşdırılmış obyektivlərdir. Hypersonic Motor terminin qısaltmasıdır. Canonun USM, Nikin AF-S, Konica Minolta SSM sistemlərinə bənzər olaraq daha tez və səssiz fokuslama imkanı təmin edir. Bu lens bükülmə effektini sevənlər üçün ideal bir lensdir. Bükülmə dərəcəsi Canon 10-22-yə görə lap çoxdu. Kənar qaralmaları f/5.6 və aşağı enildiyində artır. F/8-də istifadə edilməsi lazımdır. Lensdə aydınlıq azdır, amma Photoshop vasitəsi ilə bu problem həll oluna bilər. Digər geniş bucaqlara görə ağır lensdir.
Tokina 11-16 F/2.8 AT-X 116 PRO DX Lens
Tokina 11-16 hal hazırda crop matrisalı gövdələr üçün ən açıq diafraqmalı ultra geniş bucaqlı obyektivdir. 15-16 mm-də kənarlarda yüngül qaralma yaranır. AT-X: Bu Tokinanın professional seriyasına verdiyi ad (Advanced Technology – Extra). Materialı və keyfiyyəti Canon L lenslərdəki qədər yaxşı olduqları deyilir. 116: 11 mm – 16 mm arası zoom lens olduğunu göstərir. İF: Internal Focus. Burada fokuslama obyektivin içində edildiyi üçün obyektivin uzunluğu dəyişmir. PRO: Tokina lenslərdə “PRO” görsəniz, bilin ki, avtomatik fokuslamadan manuelə keçməyi fokuslama halqasını özünüzə tərəf çəkərək etməlisiniz. DX: Yalnız croplu matrisalar üçün edildiyini göstərir. Ən yaxın fokus məsafəsi 30 sm-dir. Avtomatik fokuslama sürəti kifəyət qədər sürətli və səssizdir. Aydınlıq və rənglər olduqca yaxşıdır. F/2.8 diafraqması olduğu üçün gözə xoş gələn “bokelər” yaradır.