Fotoqrafiyada arxa işıq

Fotoqrafiyada müxtəlif  işıqlandırma növləri istifadə etmək olar və lazımdır. İşıqlandırma düzünə, yandan və arxadan olur.

Arxadan işıqlandırma odur ki, işıq mənbəyi sizin modelin arxasında yerləşir və işıq sizin üzünüzə düşür. Vacib deyil ki, o, mütləq mərkəzdə yerləşsin, işıq bir az yuxarıda, aşağıda və ya yanda yerləşə bilər. Amma hər bir halda o, obyektiv istiqamətində yönəlməlidir.  Belə çəkilişin incəliklərini bilmədən, şəkildə effektli  portert  əvəzinə qara ləkə almaq olar.

Arxa işıqlandırma rolunda təkcə günəş işığı deyil, süni işıq da istifadə etmək olar.

Filmlərdə və fotoqra fiyada belə işığı çox vaxt qızın saf mələk obrazını yaratmaq üçün istifadə edirlər. Modelin sərbəst buraxılmış saçlarını arxadan bir az işıqlandıranda, onlar daha işıldayan və həcmli görünür. Fotoqrafiyada arxa işıq həmçinin obyekti fonda ayırd etməyə imkan verir.

Bu işıqlandırma növü, onu düzgün istifadə etdikdə, şəkillərinizə dərinlik və üçölçülülük verəcək.  Yadda saxlayın ki, fotoqrafiyada həcm kölgələr hesabına əldə edilir.  Düzünə işıqlandırmada onlar demək olar ki yoxdur, yandan işıqlandırmada isə onları idarə etmək çətindir.

Lakin əsas işıqlandırma mənbəyi arxada yerləşirsə, bütün kölgələr, demək olar  ki, sizin əlinizdədir.  Onları uzun və qısa etmək üçün kifayətdir ki, öz yerinizi dəyişəsiniz: oturmaq, arxaya getmək, fotoapparatı əymək olar.

Arxa işıqdakı fotolar onu düzgün istifadə etdikdə yaxşı alınır. Ən asanı kameranın işığını işə salmaqdır.  Onda sizin modelin üzünün parlaqlığı fonun parlaqlığından az olmayacaq, bununla belə siz arxadan olan işıqlandırmanın bütün üstünlüklərindən istifadə edə biləcəksiniz.  Ancaq porterti lazım olandan artıq işıqlandırmaq olmaz. Buna daha az gücü olan impulsun quraşdırılması sayəsində nail ola bilərsiniz.

Həmçinin kameranın işığını ağ vərəq və ya salfetlə örtə bilərsiniz – onlar yayıcı rolunu oynayırlar. Bu cürə manipulyasiyalar etməklə,siz modelin üzündəki işıq ləkələrinin qarşısını ala bilərsiniz,işığı yumşaq və hamar edə bilərsiniz.

Lakin fotoişıq hər zaman əl altda olmur, bəzi hallarda isə o lazımsızdır. Belə halda keyfiyyətli şəkillər çəkmək üçün kameranı  düzgün kökləmək lazımdır.

  • Ekzomer rejimini , yaxşı olar ki, nöqtəvi götürəsiniz. Onda işıqlandırmanın miqdarı fokusda olan obyektə görə ölçüləcək.
  • Ekspokorreksiyanı müsbət qiymətlə seçin. Bu, kölgəyə düşən detalları daha dəqiq edəcək. Dəqiq qiymətini yerində təyin edərsiz, korreksiya10-backlighting.jpgnı müxtəlif cür kökləməklə test çəkilişləri edin və ən yaxşısını seçin.

Arxa işığı gözəl siluetlər yaratmaq üçün də istifadə etmək olar. Bu halda, siz çəkiliş obyektini maksimum dərəcədə qaraltmalısınız, xırda detallar isə o qədər də vacib deyil. Ona görə də siluet yaradarkən sizə yuxarıda deyilən ölçü kökləmələri  və ekspozisiyanın korreksiyası lazım deyil.

Siluet çəkərkən, diqqətlə onların ifadələliyinə fikir verin. Əgər siz bir adam çəkirsinizsə, yaxşı olar ki,o, profilə dönsün. İki və daha artıq adam çəkərkən,  siluetlər arasında boş sahənin olmasına diqqət yetirin: onlar bir-birinin üstünü örtməli deyil.

Bu işıqlandırma təkcə portret çəkilişi zamanı deyil, peyzaj və makro çəkilişləri üçün də istifadə olunur. Bu haqqda gələn dəfə…

 

Mənbə: Fotoqrafiyablog