Yeni başlayanlar üçün fotoaparat seçimi – Mütləq oxuyun

Fotoaparat seçimində bu dəfə daha rahat və praktik üsuldan istifadə edəcəyik. İlk dəfə aparat alacaq insanlara gələcəkdə onların alacağı cihazı təyin edəcək mühüm bir sual verirdim. İndi isə o sual ilə bərabər sual sayı üçə qalxdı.

Qiymətlər Amerikan dolları və Amerika bazarındakı qiymətlərdir. Bunun səbəbi kursun qeyri sabit olması və üstəlik bəzi aparatların yerli bazarda qiymətlərinin fərqli olmasıdır. Alış-veriş edərkən bir neçə strategiyadan istifadə edə bilərsiniz.

Fotoqrafiyaya nə qədər vaxt ayıracaqsınız, fotoqrafiya ilə nə qədər dərindən maraqlanacaqsınız?

  1. A) Evdəki uşaq və ev heyvanlarını şəklini və gəzdiyiniz məkanlardan xatirələri çəkib paylaşmaq istəyirəm.
  2. B) Yuxarıdakılara əlavə olaraq da kəpənək, çiçək və sair təbiət mənzərələri də istək dairəsindədir.
  3. C) Bütün sayılanlara əlavə olaraq – həvəskar fotoqraflıq öyrənib özümü bu sahədə davamlı inkişaf etdirmək istəyirəm.
  4. D) Bunlar mənə hələ də azlıq edir..

Bu iş için nə qədər büdcəniz var, yəni aparat və cihazlara nə qədər maliyyə sərf edə bilərsiniz?

  1. A) Əminliklə deyə bilərəm ki, 500$-dan az.
  2. B) 500-1000$ aralıqındabirməbləğ.
  3. C) 1000$-dənyuxarıolabilər.

Cihazlar ilə münasibətiniz necədir?

  1. A) Qarışıq cihazlara marağım yoxdur və istifadəsi çətin və funksiyaları bol olanları mənə yadda saxlanması lazımsız gəlir.
  2. B) Qarışıq elektronika ilə maraqlanmıram, lakin öyrənməyə məcbur qalsam edə bilərəm, problem deyil.
  3. C) Bu tip cihazlara marağım çoxdur, tez qavrayıram və ləzzət ilə istifadə edirəm.

Əgər suallara cavab vermisinizsə deməli təqribi olaraq uyğunluq hazırlanmışdır.

Cavablandırdıqdan sonra əlinizdə AAB və ya CBB kimi kombinasiyalar olacaq. Bunlara uyğun olaraq aşağıdakı kateqoriyalara baxıb seçiminiz edə bilərsiniz.

Sizə tövsiyə edəcəyim cihazlar öz sinfində ən möhkəm və yaxşılardır. Təbii ki, alternativ variantlar da mövcuddur, lakin siz o alternativlərdən baş çıxaracaq və sınayacaq qədər təcrübəlisinizsə, bu yazı sizə lazım olmaz=).

Cavabınız hazırsa, cihaz da artıq hazırdı.

A A A Əgər açıq məkanlarda şəkil çəkirsinizsə ağılı telefonlarınız sizə lazımı keyfiyyətdə şəkil əldə etməyə kömək edə bilər – əgər ağıllı telefon sahibi deyilsinizsə- fotoaparata xərcləyəcəyiniz pula biraz da əlavə edib yeni nəsil ağıllı telefon almağınız məsləhətdir. Yox mən mütləq fotoaparat istəyirəm deyirsinizsə, 200$ ətrafında olan Nikon COOLPIX A300 sizə uyğundur.

A A B Geniş 24mm-lik bucağı, böyük zoom məsafəsi və 250$ qiyməti ilə Panasonic Lumix DMC-ZS50 gözəl bir seçimdir. Biraz daha yaxşını istəsəniz 450$ verərək Sony Cyber-shot DSC-RX100 sahib ola bilərsiniz.

A A C Sizə daha ləzzət dolu çəkili bəxş edəcək Canon PowerShot SX720 HS hər işinizi görəcək, qiyməti 330$. Daha çox əyləncəni sizinlə 430$ qiyməti ilə Canon PowerShot SX60 HS modeli paylaşmaqa hazırdır.

A B A Nə qədər maliyyə vəsaitiniz olursa olsun, düzgün istifadə etmədikdən sonra o, artıq sərfiyyatdan başa bir şey deyil. Eger ağıllı telefon sahibi deyilsinizsə pula elave edib birini özünüzə alın. Həm lazımi keyfiyyət əldə edəcəksiniz, həm də rahat istifadə sizi yormayacaq.

A B B Uzun müddət istifadə edəcəyiniz və özünü sizə sevdirəcək bir necə cihaz məsləhət görək. Sony Cyber-shot DSC-RX100 V və ya Canon PowerShot G5 X,  Panasonic Lumix DMC-ZS100 və bir az köhnəlmiş olmasına baxmayaraq Panasonic Lumix DMC-LX100. Hamısının qiyməti 1000$-dan aşağıdır.

A B C Sizi biraz daha maraqlandıracaq və gələcəkdə obyektivi dəyişib yeni modifikasiyalar yara biləcəyiniz yeni nəsil güzgüsüz fotoaparat Panasonic Lumix DC-GX850 + 12-32mm kit objektif. Obyektiv dəyişilə bilir və belə şəkildə qiyməti 550$ təşkil edir. Xeyr hamısı bir yerdə olsun istəyirsəniz siz daha çox vəsait ayırıb  Canon PowerShot G3 X əldə edin, qiyməti 800$ ətrafında dəyişir.

A C A Və yenidə nə qədər maliyyə vəsaitiniz olursa olsun,düzgün istifadə etmədikdən sonra o, artıq sərfiyyatdan başa bir şey deyil. Bu pula əlavə edib yüksək imkanlara malik bir telefon əldə edin. Buna misal olaraq Samsung S8 və ya İphone 7 və 7+ misal göstərmək olar.

A C B Rahat istifadəsi və yığcamlıqın bir arada toplandığı 850$ ətrafında yüksək keyfiyyətli bir cihaz: Sony Cyber-shot DSC-RX100 iv.

A C C Kompakt cihazlar sinifinin ən yaxşı aparatı Sony Cyber-shot DSC-RX10 iii 1400$ qiyməti ilə qarşınızdadır.

B A A Hələki ağıllı telefonunuzdan istifadə edin, yeni tətbiqi proqramlardan istifade edərək telefonunuzun bilmədiyiniz bacarıqlarından yararlana bilərsiniz. Lakin mütləq yeni bir fotoaparat istəyirsinizsə 200$ dəyərində Nikon COOLPIX A300 mövcuddur yaxşı seçim ola bilər.

B A B Bu cavab uyğun sizə iki təklifim var, hansını istəsəniz seçə bilərsiz: Panasonic Lumix DMC-ZS60 və ya Fujifilm XQ2

B A C Məlumdur ki, fotoqrafiyaya maraqınız var və hətta gələcəkdə hobbiyə çevrilə bilər. Başlanğıc olaraq 330$ qiyməti ilə Canon PowerShot SX720 HS  və ya 430$ qiymət ilə Canon PowerShot SX60 HS  sizə uyğun olar.

B B A Əslində burada adı çəkilən istənilən cihaz sizin işinizi lazımı səviyyədə yerinə yetirəcək. Heç biri pis deil lakin dözümlü birini istəyirsinizsə Canon PowerShot G7 X Mark II kimisi sizinlə uzun müddət yol yoldaşı ola bilər.

B B B 700$ ətrafində qiyməti ilə Canon PowerShot G5X sizin bir çox işinizi görəcək və ondan razı qalacaqsınız.

B B C Əslində fotorafiyaya maraqınız hobbi dərəcəsindədir, lakin bir DSLR sizə çətinliklər yaşadır. Ona görədə sizə gələcəkdə obyektivini dəyişim yeni dəstlər yarada biləcəyiniz başlanğıc səviyyə,güzgüsüz Panasonic Lumix DC-GX850 + 12-32mm kit obyektiv və ya Olympus OM-D E-M10 ii ve 14-42mm çox gözəl bir seçim olar.

B C A Heç düçünmədən Canon PowerShot G9 X Mark II və ya Sony Cyber-shot DSC-RX100 iv kimi iri bir cihaz alıb fotoqrafiyanın ləzzətini hiss edə bilərsiniz.

B C B Bu vəziyyətdə Canon PowerShot G5 X və Sony Cyber-shot DSC-RX100 v istirahət zamanı əlinizdən düşməyəcək bir oyuncaqa çevriləcək.

B C C Sizin üçün seçilənlər: Olympus OM-D E-M5 Mark II və Panasonic Lumix DC-GX850. Bunların üzərində olan kit obyektivə əlavə olaraq teleobyektiv almaqda bir fayda vardır. Məsələn Panasonic 35-100mm f/2.8 modeli.

C A A Belə bir seçim yoxdur. Nəzəri olaraq seçim var lakin praktikada bu mümkün deyil. Bu sahədə texnologiya çox inkişaf edib ona görə də sizə çox da qarışıq gəlməyən fotoaparatlar ilə çəkiliş edə bilərsiniz məsələn Panasonic Lumix DMC-ZS50 çox sağlam bir seçimdir.

C A B Fotoqrafiyanı hobbi kimi qəbul etmək üçün vaxt və pulu gözə almamaq lazımdır. Canon PowerShot SX720 HS və ya 430$ qiyməti ilə daha yüksək yaxınlaşdırma məsafəsinə malik Canon PowerShot SX60 HS ilə biz çox şəkillərinizi çox zəhmət çəkmədən ölümsüzləşdirə bilərsiniz. Lakin növbəti seçim də artıq başlanğıc səviyyəli DSLR fotoaparatlar sizi gözləyəcək.

C A C Əgər tələsmirsinizsə bir az çox pul yığın. Təcili şəkildə almaq istəyi varsa işlənmiş Canon 60D və əlavə olaraq ikinci əl Canon EFS 18-135mm İS alsanız toplam 500$ qiymətinə başa gələcək. İkinci alternativ olaraq ikinci əl Canon 650D və 18-55mm modifikasiyası 500$ sərhəddindən aşağı olacaq. Ən sonda yeni Canon 1300D + 18-55mm birləşməsi mümkündür.

C B A Həvəskar fotoqrafiya ilə məşğul olmaqa lazımi büdcəniz var, sadəcə biraz texniki tərəflər ilə maraqlanmalısınız. Müasir vaxtda həvəskar fotoqraflıq rəqəmsal yolla həyata keçirildiyi üçün biraz üzərinizdə işləməlisiniz. İşinizi rahatlaşdırmaq istəsəniz sizə Canon PowerShot G5 X məsləhət görürəm.

C B B Başlanğıc səviyyədə iki kombinasiyada seçiminiz var: Klassik DSLR və güzgüsüz sistemlerdin birini seçə bilərsiniz. DSLR seçsəniz Canon 700D və 18-135mm, ikinci halda isə Olympus OM-D E-M10 Mark II və 12-50mm kit obyektiv ən gözəl seçimlərdən biridir.

C B C Canon 750D ve 18-135mm kim kombinasiya almaq daha məqsədə uyğun olar. Daha yuxarı səviyyəli bir model ala bilərsiniz, lakin başqa əlavələr əlavə etdikdə büdcə limiti aşacaqdır. Büdcə artıqda artıq gövdəni Canon 77D ilə əvəz edə bilərsiniz.

C C A Canon 7D mk2 ft 18-135mm və ya Nikon D500 ft 18-140mm sizə istədiyiniz nəticə bəxş edəcək. İlk alış veriş zamanı çoxlu obyektiv almaqın mənası yoxdur. Belə etdikdə əsasən səvh nəticə əldə edib, sonra onu əldən satmaq məcburiyyətində qalıb, ziyana gedirsiz. Bir müddət istifadədən sonra hansı obyektivin sizə uyğun olduqu bilinir və o zaman əlavə obyektiv əldə edə bilərsiniz.

C C B Yuxarıda adı çəkilən birləşmə sizə də aiddi sadəcə olaraq ora Nikon sevərsinizsə Nikon 50mm f/1.8 və Nikon AF-S VR 70-300mm f/4.5-5.6G IF-ED əlavə edib geniş bir seçim yaradın. Canon olduqda Canon 50mm f/1.8 ve Canon 70-300mm f/4-5.6L IS obyektivləri eyni funksiyanı yerinə yetirir.

C C C Yuxarıda qeyd olunan kombinasiyalar artıq hazırdır. Əsas sual Nikon yoxsa Canon? Cavab: fərqi yoxdur. Hər iki şirkətin məhsulu işini layiqincə yerinə yetirəcək sağlam və etibarlı fotoaparatlar. Vacib olan sizin şirkətlərdən hər hansına olan simpatiyanızdır. Ümumiləşdirsək: Nikon üçün Nikon D7100 + Nikon 18-140mm + Nikon 50mm f/1.8 + Nikon AF-S VR 70-300mm f/4.5-5.6. Canon isə Canon 7D mk2 + Canon 50mm f/1.8 + Canon 70-300mm f/4-5.6L IS.

C C ilə başlayan cavablara alternative olaraq güzgüsüz sistemlərdən Olympus OM-D E-M5 Mark II ft 12-40mm və ya Panasonic DMC-G85 ve 12-60mm kombinasiyalarını əldə edib yanına Panasonic 35-100mm F2.8  əlavə etsəniz tam bir dəst əmələ gələcək.

DAA-DAB-DAC-DBA-DCA bele cavablar mümkün deyil. Əgər professional işləyəcəksənizsə bir qədər texniki tərəfləri öyrənib bir qədərdə maliyyə sərf etməlisiniz. Çıxılmaz vəziyyətdə olduqda ikinci əl Canon 40D və ya Canon 50D ilə işə başlayın. Lakin gəlir əldə etməyə başladıqda büdcənin böyük hissəsinə əlavələr alıb foto keyfiyyətini artırmaqa yönəldin.

DBB-DBC İlk öncə bu maliyyə yatırımının fotoqraf olaraq yatırılan ilk vəsaitin olduğunu unutmayın. Sonradan bura əlavə edəcəyiniz hissələr mövcud olacaq. Əvvəldə Canon 60D gövde ve Tamron 17-50mm f/2.8 dəstindən istifadə edin. Büdcənizin hüdünunu biraz keçsə də keyfiyyətli şəkil çəkmək məcburiyyətindəsiniz. Bu saydıqlarımı ikinci əl kimi tapmaqınız həm mümkün həm də sərfəli ola bilər.