Dözümlü və keyfiyyətli ştativ bir fotoqrafın olması gərəkən ən vacib alətlərindən biridir.
Qiymətinə görə sizi cəlb etdiyi üçün aldığınız ştativ, bütün parametrləri düz qoyulduğu halda keyfiyyətsiz və bulanıq şəkilə səbəb ola bilər. İşıq şəraitinin zəif olduğu və daha uzun çəkim vaxtından istifadə edərkən daha keyfiyyətli və möhkəm ştativə ehtiyacınız olacaq.
Tripoddan istifadə zamanı hiylələr.
- Hiylə #1 – Ştativin hündürlüyünü tarazlıyarkən çalışın ki, aşağıda yerləşən nazik hissədən deyil, daha yuxarıdakı qalın hissəni istifadə edin. Bu zaman sizin alət daha möhkəm olacaq.
- Hiylə #2 – Əgər ştativin ayaq hissələrində rezin və ya sivri seçimi varsa, bağlı yer və düz yerlərdə rezin altlıqdan istifadə etmək daha məsləhətlidi. Çöldə və qeyri stabil yerlik olduqda isə sivri ayaqlıqlardan istifadə edin.
- Hiylə #3 – Çöldə çəkiliş zamanı ştativdə dayanmış gövdənin kəməri külək səbəbi ilə yellənirsə onu ya ştativə bərkidin və ya tamamı ilə çıxardın. Əks halda kəmər stabilliyi pozub ştativdə vibrasiya yarada bilər.
- Hiylə #4 – Ştativin ağırlığı kamera və ən böyük obyektivinizin ağırlığından çox olmalıdır. 28 mm və gövdə ilə siz ştativ ilə heç bir problem yaşamayacaqsınız. Lakin həmən üçayaq üzərinə 300mm obyektiv taxdıqda onun stabilliyi pozula bilər.
Bəzən mövcud olan ən bahalı üçayaq da titrəyə bilər. Titrəmənin 80% ştativin başlıq və bərkidicilərindən asılıdır, kiçik bir faiz isə ayaqlardan asılıdır. Tripodun titrəməsini bir çox səbəbləri var. Onun möhkəmliyini yoxlamaq üçün bir neçə testdən istifadə etmək olar.
Test #1
Onu print etdikdən sonra onu qapı və ya divar da sabit bir yerə bərkidin. Onun heç bir halda tərpənməməsi bir şərtdir. Sonra cihazınızı ən ağır obyektiv ilə ştativə birləşdirin. Obyektivi tam olaraq şəklin kadrı tutacaq məsafədə saxlayın.
İlk öncə 1/100 və ½ çəkim sürəti aralığımda şəkillər çəkin. Aşağı sürət də isə uzaqdan idarə etmə kabellindən istifadə edin.
Çəkiliş bitdikdən sonra bu şəkillər kompüterinizdə açıb, cizgilərin üst-üstə düşdüyünü, onların dəqiq olduğunu və ya titrəmənin olduğunu incələyin. Əgər yuxarı çəkiliş sürətindəki fotolar aşağı sürətlilərdən daha dəqiqdirsə deməli sizin ştativ uzun müddətli çəkilişlər üçün yararlı deyil.
Əgər titrəyiş varsa siz onun hansı hissədə olduğunu müəyyənləşdirə bilərsiniz. Bunun üçün ştativin ən kiçik parçalarını belə sabitləyib yenidən testi təkrarlayın. Əgər yenə də bir fərq yoxdursa deməli böyük ehtimal problem tripodun başlığındadır.
Əgər ştativ başlığında problem yoxdursa, ayaqları fərqli hündürlük də bərkidib testləri təkrarlayın. Problemin hansı ayaqda olduğunu bildikdə, ayağınızı ştativə uyğun uzadıb xoşa gəlməz hadisələrdən uzaq olarsınız.
Test #2
Yenə yuxarıdakı model kağızdan istifadə edin. Aparatı kağızın mərkəzinə fokuslandırın. Canlı görüntü funksiyasını işə salıb, şəkli mümkün qədər yaxınlaşdırın.
Sonra bir müddətlik əllərinizi fotoaparatdan ayırın və baxın kadr da titrəmə davam edir yoxsa dayanıb. Əgər vibrasiya mövcuddursa deməli sizin cihaz aşağı çəkim sürətin də dəqiq şəkillər verəcək gücə malik deyil. Həmçinin canlı izləmə funksiyası ilə aparatın kəmərinə xəfifcə toxunub onun kameraya nə qədər böyük bir təsir etdiyinin şahidi olacaqsınız.
Testin nəticələri
Əgər sizin üçayaq bu imtahanları keçmirsə deməli göz bəbəyi kimi qoruduğunuz cihazlar üçün sağlam və inanılacaq bir ştativ almağın tam vaxtıdır. Əvvəl qeyd etdiyimiz kimi alacağınız ştativin ağırlığı sizin en ağır obyektiv və gövdənin ümumi ağırlığından çox olsun. Lakin bu testlərin sonunda problemin başlıqda olduğu ortaya çıxsa, yeni birisini almağa ehtiyac yoxdur. Sadəcə başlığı daha möhkəm başlıq ilə əvəz etsəniz bəsdir.