İlk olaraq başlayaq lens qapağı (Hood DSLR) nədir?
Bu, fotoaparatla bir yerdə istifadə etdiyiniz, dəyişdirilə bilən, obyektivin uc hissəsinə taxılan, obyektivi qoruyan və gün işığının obyektivin iç hissəsinə əks olunmasına maneə olan bir aksesuardır.
Lens qapağı, və ya İngiliscə Lens Hood, DSLR fotoaparatları üçün obyektiv aldığınız zaman adətən yanında olan və yaxud da filtrin diametrinə uyğun sonradan alınan aksesuardır.
Lens qapağı sadəcə obyektivin uc hissəsinə düşən işığın dalğalanmasını aradan qaldırmaqla eyni zamanda lenslər üçün çox önəmli bir qoruyucu vasitəsidir.
Lens qapağı nə üçün istifadə olunur?
Lens qapağı əslində fotoqraf avadanlıqların önəmli bir aksesuarıdır. Bəzi tanınmış fotoqraflar fotoaparatların obyektivlərin üzərində hər zaman bu vacib aksesuarı saxlayırlar. Hətta bəzən qapalı yerdə olan çəkiliş zamanı, gün işığı olmamasına baxmayaraq istifadə edirlər. Bunun əsas səbəbi isə qapağın lensi zərbələrdən qoruya bilməsidir.
Təbii ki, heç birimiz istifadə etdiyimiz lenslərin ön şüşəsində xırda bir cızıq və ya ləkənin belə olmasını istəmərik. Yağışın və ya qarın lensi islatmağının qarşısını alan bu önəmli obyektiv aksesuarı, əgər küləyə qarşı dayanmamısınızsa, obyektivin içinə dola bilən tozdan da kifayət dərəcədə qorunmasını təmin edər. Lens qapaqları, yəni fotoqraflar arasında tez-tez işlədilən digər adı ilə “blenda”lar həm də aparata yaxşı görüntü verir. Əsasən də Nikonun bir çox lensləri “blenda”sız lüt görünür 🙂
Fotolara təsiri baxımından, əsas da açıq havada çəkiliş edərkən uc tərflərdən gələn arzuolunmaz işığın, optik elementlərdən əks etdirərək, fotoşəkildə şəfəqlənməyin yaranmasına maneə olur. Bu da, təəssüf ki, fotolarda ümumi kontrasta mənfi təsir göstərir.
Hansı növləri var?
Lens qapağı obyektivin filtr diametrinə, fokus uzaqlığı və özəl xüsusiyyətlərinə görə istehsal olunur. Plastikdən və yumşaq materialdan istehsal olunan bu lens aksesuarının düz, dördbucaqlı, dairəvi, və ya ləçək növləri vardır.
Matte Box adı verilən növləri isə qanadlı və filtr taxıla bilən, ancaq bir tərəfdən gələn işığın qarşısını ala bilən modellərdir. Əgər Nikon-un lensləri üçün hansı aksesuarlar mövcuddur deyə maraqlanırsınızsa, ingilis Lens Hoods saytında hər model üçün hansı lens qapağı istifadə oluna bilər deyə bir siyahı düzəldilib. Bundan əlavə, buradakı prototip modelə görə verilən pdf frormatında fayl sayəsində kağızdan belnda düzəltmək belə mümkündür (Nə qədər işə yaracaqsa 🙂
Haradan əldə etmək olar?
İstənilən modelə “blenda” tapmaq olur. Bunun üçün ya xaricdən sifariş etməlisiniz, ya da ölkədaxili ən yaxşı qiyməti təklif edən Zoomgallery.az-dan ala bilərsiniz.
Son söz
Əgər lensinizlə birlikdə UV və ya polyarlaşdırıcı filtr ( UV filterlərin əhəmiyyəti nədir? – Cavab) istifadə edirsinizsə, diqqət etmək lazım olan məqam filtrin obyektiv şüşəsindən daha irəlidə olmağına görə, obyektiv qapağının kifayət qədər blokada təmin etməmə ehtimalıdır. Əsas da buludlu havada işıq daha çox yerdən əks oluna bilməyə görə, yan tərəflərdən gələn işığı əlimizlə, ya da bir karton kağızı ilə bağlamaq, şəfəqlənmənin qarşısını almağı təmin edəcək.