Foto və fotoqraf haqqında…

Digər sahələrdə olduğu kimi, fotoqrafiyada da əsas baza anlayışlar var.  Foto anlayışları və bilikləri bilmədən yaxşı çəkməyi öyrənmək çox çətindir. Burada  bu əsas anlayışlara nəzər salacağıq.

Fotoqrafiya nədir və necə alınır?

Fotoqrafiya termininin özü işığın köməkliyi ilə şəkil çəkməkdir. Faktiki olaraq, fotoapparat obyektiv vasitəsilə matrisaya düşən işığı fiksə edir və bu işığın əsasında şəkil alınır. Matrisa işığa həssas olan bir elementdir. Başlanğıcda matrisa işıqdan pərdə (fotoapparatın sürgüsü) ilə örtülmüş olur. Kameranın düyməsini basarkən bu pərdə müəyyən vaxt (sürgü sürəti) ərzində götürülür və işıq bu vaxt ərzində martisaya təsir edir. Nəticə – fotoqrafiya matrisaya düşmüş bu işığın miqdarından asılıdır.

2013-11-22_133635

Ümumiyyətlə 2 tip fotokamera olur: güzgülü (DSLR) və güzgüsüz. Güzgülü kamera korpusdan və obyektivdən (“şüşə”, “linza”) ibarətdir. Kameranın vizirinə baxarkən , işıq obyektiv vasitəsilə keçir, güzgüdən əks olunur, prizmada sınır və vizirə düşür. Beləliklə, biz obyektiv vasitəsilə nə çəkdiyimizi görürük. Güzgülü və güzgüsüz kameraların fərqi də elə bundadır.

Düyməni basdığımız an güzgü qalxır, sürgü açılır, işıq matrisaya düşür və fiksə olunur. Beləliklə, fotoqrafiya alınmış olur.

Sürgü sürəti

Sürgü – kameranın düyməsinin basılma anınadək fotoapparatın matrisasını işıqdan bağlayan qurğudur.

Sürgü sürəti –  elə bir vaxtdır ki, bu vaxt ərzində sürgü açılır və güzgü qalxır. Sürgü sürəti nə qədər az olarsa, matrisaya o qədər az işıq düşür. Əksinə, sürgü sürəti çox olduqca işıq da çox olur.

Sürgü sürəti millisaniyələr və saniyələrlə ölçülür. Məsələn, 1/30 saniyə.

2

Sürgü sürəti nə qədər qısadırsa, kameranın sürgüsü o qədər az açılmış olur. Çox kiçik sürgü sürətlətini anı dayandırmaq üçün, tez hərəkət edən obyektləri çəkmək üçün istifadə edirlər, məsələn bu idman və ya su ola bilər. Uzun sürgü sürətlərində isə ulduzları və ya şəhər gecəsini çəkirlər.

Diafraqma

Diafraqma obyektivin içərisində yerləşən çoxləçəkli arakəsmədir. O ya tamamilə açıq ola bilər, ya da ki o dərəcədə bağlı ola bilər ki, işığın keçməsi üçün çox cüzi dəlik qalsın. Diafraqma  həmçinin matrisaya düşən işığın miqdarını məhdudlaşdırmağa xidmət edir. Beləliklə, sürgü sürəti və diafraqma hər ikisi matrisaya düşən işıq axınını tənzimləyir.

diafragma-aberturas

Diafraqma çox güclü vizual alətdir. Maksimum açılmış diafraqma çox kiçik kəskinlik dərinliyi verir. Kiçik kəskinlik dərinliyi bulanıq fonda obyekti vizual olaraq ayırır. Böyük kəkinlik dərinliyi almaq üçün maksimum bağlı diafraqma istifadə olunur. Böyük kəskinlik dərinliyi daha çox peyzaj fotolarına uyğun gəlir – burada fotonun bütün detalları seyr olunur.

95263_krasivyiy_osenniy_peyzaj

Diafraqma f hərfi ilə ifadə olunur və f-dən sonra kəsr xəttinin altında diafraqma rəqəmi göstərilir, məsələn, f/2.8. Bu rəqəm nə qədər kiçikdirsə, diafraqma ləçəkləri o qədər açıqdır və dəlik də bir o qədər genişdir.

ISO

ISO matrisanın işığa olan həssaslığıdır. ISO yüksək olduqca matrisa işığa daha çox həssas olur. Məsələn ISO 100-də fotonun yaxşı alınması üçün müəyyən miqdarda işıq lazım olacaq. Lakin işıq azdırsa, biz kamerada ISO 1600 qoysaq, matrisa daha çox hissiyatlı olacaq və yaxşı nəticə əldə etmək üçün bizə bir neçə dəfə az işıq lazım olacaq.

ИСО.jpg

ISO-nu hər zaman yüksək rəqəmə qoymaq düzgün deyil. Məsələn çox işıqlı bir yerdə yüksək ISO əksinə mane olacaq. Həmçinin yüksəs ISO rəqəmsal küyə səbəb olur. Küy fotoda dənəvərliyin meydana gəlməsində özünü göstərir.

Ekpozisiya

Ekspozisiya fotoqrafiyada ən vacib anlayışdır. Ekspozisiya müəyyən vaxt ərzində matrisaya düşən işığın miqdarıdır. Ekspozisiyaya təsir edən 3 əsas parametr – işığahəssaslıq – ISO, diafraqma və sürgü sürətidir. Ekspozisiyanın parametrləri ideal fotonun alınması üçün lazım olan işığın miqdarını ölçməyə kömək edir. Axı matrisaya az işıq düşürsə, kadr çox tünd görünür, əksinə çox işıq düşürsə həddindən artıq işıqlandırılmış görünür. Deməli düzgün ekspozisiya odur ki, foto nə çox tünd, nə çox işıqlı alınsın. Fotoqrafın vəzifəsi lazımi işığın təmin olunması üçün bu parametrləri düzgün seçməkdir.

Kəskinlik dərinliyi

original

Fotoqrafiyada vacib anlayışlardan biri də kəskinlik dərinliyidir – kəskin təsvir olunan sahənin dərinliyidir. Bu, fokus nöqtəsinin arxasında və önündəki elə bir zonadır ki, bu zonanın daxilində kadrdakı obyektlər kəskin görünür. Fokus nöqtəsi və ya sadəcə fokus o nöqtədir ki, oraya biz “kəskinliyi yönəldirik”.

Kiçik kəskinlik dərinliyində fokus nöqtəsindən bir neçə santimetr, hətta millimetr uzaqlığında predmetlər bulanıq görünəcək.

Böyük kəskinlik dərinliyində isə predmetlər fokus nöqtəsindən 10 və 100 metrlərlə məsafədə kəskin görünür.

grip

Kəskinlik dərinliyi diafraqmanın qiymətindən, fokus məsafəsindən və fokuslama nöqtəsinə kimi olan məsafədən asılıdır. Fokus məsafəsi obyektivin optiki mərkəzindən matrisaya qədər olan məsafəni göstərir. Fokus məsafəsi böyük olduqca obyektiv obyekti bir o qədər “yaxına çəkir”.

glubina_rezkosti_objektiva_0_bnd3

Ağ balans

Ağ balans təbii çalarların alınması üçün fotonun rənglərinin köklənməsidir. Burada bağlanğıc nöqtə təmiz ağ rəngdir.

Düzgün ağ balans zamanı fotodakı ağ rəng göyə və ya sarıya çalan yox,  doğrudan da ağ görsənir.

Ağ balans işığın mənbəyindən asılıdır. Günəş işığı üçün o bir cürdür, dumanlı hava üçün bir cür, elektrik işıqlandırması üçün isə tamam ayrı cürdür.

image-34

Ağ balansı avtomatik rejimdə də əldə etmək olur, bu zaman kamera lazımi qiyməti özü seçir. Lakin avtomatika hər zaman özünü “ağıllı” aparmır. Onun üçün profilər ağ balansı özləri kökləyirlər. Bunun üçün ağ vərəq və ya digər ağ predmet istifadə olunur.

Mənbə