Yaddaş kartları fotoşəkil funksiyalarını imtina edilməz aksesuarlarından biridir.
Bütün kameralarda olmasa da, böyük əksəriyyətində SD Kart istifadə edilir. SD Kart alarkən qarışıqlıq yaşamamaq və doğru məhsulu ala bilmək üçün bəzi qısaltmaları bilməkdə fayda var. Yaxşı, SD Kart qısaltmaları və sürətləri nə anlama gəlir?
SD Kart tutumları
SD Ən çox 4 GB
SDHC 2 GB – 32 GB
SDXC 32 GB – 2 TB
Yuxarıdakı rəqəmlər bizə sürət mövzusunda heç nə vermir, yalnız tutum olaraq ölçülərini bilirik. Hər gün inkişaf edən texnologiya sayəsində müəyyən bir sahəyə sığdırılabilən məlumatların miqdarı artdı və standartlar bu şəkildə təyin olundu.
SD Kart sürətləri
Aşağıdakı rəqəmlər minimum oxuma / yazma dəyəri ifadə edir.
SD kartlar göstəriləndən daha sürətli ola bilərlər. Yəni U3 sinfində bir kart aldıqda 30 MB/s-nin çox üzərində ola bilər. Eynilə SanDisk Extreme PRO UHS-II kimi.
Sinif Oxuma / Yazma Sürəti
Class 4 Minimum 4 MB/s
Class 6 Minimum 6 MB/s
Class 10 Minimum 10 MB/s
U1 Minimum 10 MB/s
U3 Minimum 30 MB/s
Bir də fərqli bir təsnifat olaraq UHS (Ultra High Speed) Kart sinifləndirən markalar var. Lakin buradakı dəyərlər anlıq olaraq çıxa biləcəkləri maksimum oxuma sürətini göstərir. Ona görə də, praktikada bizim çox da işimizə yaramır.
UHS olmayan: 25 MB/s
UHS: 104 MB/s
UHS-II: 312 MB/s
Əlavə məlumat olaraq: Lexar kimi bəzi markaların kartlarının üzərində 300x, 633x, 1000x, 2000x kimi sürət ifadə edən şirkət var. Buradakı hər 100x 15 MB/s sürətinə bərabərdir. Yəni 300x yazan bir kart maksimum 45 MB/s oxuma sürətinə, 2000x yazan bir kart isə maksimum 300 MB/s oxuma sürətinə malikdir.
SD Kartla 4K və üzərində video çəkiliş üçün:
V6 6 MB/s Maksimum 1080p / 1080i video çəkilişlər
V10 10 MB/s 1080p video çəkilişləri və broadcast
V30 30 MB/s 1080p və 4K 60/120 fps video çəkilişlər
V60 60 MB/s 8K 60/120 fps video çəkilişlər
V90 90 MB/s 8K 60/120 fps video çəkilişlər
Qısaca SD Kart satın alarkən SDHC və ya SDXC olaraq seçim edə bilərsiniz. Amma mütləq U3 olmasına diqqət edin. Xüsusilə ardıcıl çəkiliş RAW fotoşəkillərin karta yazılması və ya 4K video çəkilişləri üçün buna ehtiyacınız olacaq.
Əgər siz SD kart istifadə edirsinizsə və ard-arda foto çəkən zaman kartınız fotoları gec göstərir, gec yaddaşa yazırsa, deməli kartınızın sürəti çox zəifdir. Belə hallarla əsasən RAW fotolar çəkərkən qarşılacaqsınız. Bu tipli kartla video çəkməyiniz məsləhət deyil. İşin sonunda zərər görmüş video əldə etmə ehtimalınız 50/50-dir.