Bu gün fotoqrafiya tarixində yerini alan qadın fotoqraflardan bəhs edəcəyik.
Bu nöqtədə, qadın fotoqrafların çətinlikləri başlayır. Ailənin və sosial məsuliyyətlərin olması səbəbi ilə vaxt məsələsində çətinlik ola bilər, təkbaşına harasa girib, foto çəkmək çətinlik çəkə bilər. Amma müvəffəqiyyət əməyin, vaxtın, araşdırmanın və arzunun bir yerə gəlməsi nəticəsində əmələ gəlir.
Bunu nəzərə alaraq, fotoqrafiya tarixində bir çox nümunə olan qadın fotoqrafların uğur hekayələrinə nəzər salaq.
Məlumdur ki, 1800-cü illərdə Çinli alim Huang Lu çox sadə bir aparatı sınaqdan keçirib. 1870-ci illərdə qadınlar qapalı yerlərdə işə başlamış və studiya fotoqrafiyasında mühüm yer tutmuşlar.
19-cu əsrin ən mühüm portret fotoqrafı olan britaniyalı fotoqraf Julia Margaret Cameron, evinin müxtəlif yerlərini studiya və qaranlıq otaq kimi istifadə etməyə başlayıb. Fotoşəkilləri texniki cəhətdən zəif olduğu üçün tənqid olunmasına baxmayaraq, fotolarda verilən emosiyalara əhəmiyyət vermiş və onun işinə layiq olan dəyərlər verilənə qədər var gücü ilə səy göstərib. Nəticədə, o, tarixdə öz yerini alıb.
Eyni dövrdə Frances Benjamin Johnston Amerikada ilk qadın xəbər fotoqrafı kimi tanınıb və portretləri və sənədli fotoşəkilləri ilə məşhurlaşıb.
1900-cü illərdə Gerda Taro İspan vətəndaş müharibəsini sənədləşdirən və müharibədə öldürülən qadın fotoqraf kimi dünyasını dəyişib.
Fatma Naciye Suman həyat yoldaşının 1-ci Dünya Müharibəsində cəbhə xəttinə getməsi ilə, “Ailəm üçün pul qazana bilmərəmmi?” deyərək, “Türk xanımlar fotoqrafiya emalatxanası – Naciye” lövhəsini İstanbulda yaşadığı evin qapısına asaraq fotoqrafiyaya başlayıb. Xanım fotoqraf hər kəs tərəfindən çox yaxşı qəbul edilib. Burada qadınlar öz fotolarını çəkdirərək ön cəbhədə olan həyat yoldaşlarına göndərirmişlər. Beləliklə, Naciye Suman “İlk müsəlman qadın fotoqraf” kimi tarixə düşüb.
1900-cü illərin ilk yarısında “Böyük Depressiya” qurbanlarını təsvir edən Dorothea Lange, sənədli fotoqrafiya və fotojurnalist işlərini elan etdi. Beləliklə Amerika tarixinə dair ən vacib sənəd fotoqraflardan birinə çevrildi.
1950-ci ildə Koreya müharibəsini çəkmək üçün təyin olunmuş Semiha Es, həyat yoldaşı ilə cəbhəyə gedib. Onun çəkdiyi fotolar sayəsində xalq cəbhəni izləyə bilib. Semiha Es, “İlk türk qadın müharibə fotoqrafı” kimi tarixə düşüb.
1970-ci illərdə Catherine Leroy adını eşitdirməyə başlayıb. Leroy üçün müharibə jurnalistləri bir qəhrəmandır və cəbhələrdə fotoşəkil çəkən fotojurnalist olmaq istəyir.
Nəticədə, Əfqanıstan, Livan və Liviya kimi müxtəlif ölkələrdə fotojurnalist olur və Beyrut küçələrində çəkdiyi qarşıdurma fotoları ilə “Robert Cap” fotoqrafiya mükafatını almış ilk qadın fotoqrafı olub.