Panoramik şəkil nədir və necə çəkilir? – CAVAB

Panoramik fotoqrafiya nədir?

Panoramik foto sayı birdən artıq olan, şaquli və üfuqi istiqamətli çəkilmiş şəkillərin birləşdirilməsindən yaranan geniş bucaqlı şəkil növüdür. Keçmiş zamanlarda bir dəfəyə panoramik şəkil çəkməyə imkan verən filmli analoq aparatları olduğu kimi bu gün də hər bir yığcam aparat və ya əl telefonumuzda bu funksiya mövcuddur.

Bizə vacib olan, panoramik şəkili manual olaraq çəkilmiş bir neçə şəkildən yaratmaqdır.

Niyə Panoramik şəkil?

Panoramik şəkil, normal ölçüdə və tək çəkilən fotolara nisbətən daha geniş görüntü sahəsini əldə etmə üstünlüyünü verən fotoqrafiya növüdür. Bir anlıq mövcud olduğunuz məkanda əlinizdə olan obyektiv ilə istədiyiniz genişlikdə ərazini əhatə etməyə bilərsiniz. Belə bir vəziyyətdə həm geniş görüntü bucağı, həm də yüksək ölçüdə şəkillər əldə etmək üçün panoramik fotoqrafiya ideal vasitədir.

Fotoqraflar.com

Panoramik şəkillər üçün hansı cihazlardan istifadə edilir?

Üçayaq(ştativ): Panoramik çəkiliş üçün ləvazimat seçimi, çəkilişin səhər və ya axşam olacağına uyğunlaşdırılmalıdır. Gündüz vaxtı hava şəraiti və işıq lazımı səviyyədə olduqda, ştativdən istifadə etmədən əl vasitəsi ilə mərkəzi nöqtə ətrafında fırlanaraq çəkiliş etmək mümkündür, halbuki axşam saatlarında işıqın çatışmazlıqı səbəbi ilə bu mümkün deyil. Əgər sizin üçün ştativ ağırlıq törətmirsə, gündüz vaxtı olsa da onu özünüz ilə götürmək də fayda var.

Uzaqdan idarə pultu və ya naqilli idarə edici: Əgər çəkiliş zəif işıq şəraitində və ya uzun zaman ərzində baş verəcəksə uzaqan idarə pultu, o olmadıqda naqilli idarə edicidən istifadə bilərsiniz. Bu üsul kameradakı shutter buttonuna basanda yaranan vibrasiyanın, şəkillərdəki yayılmanın qarşısını alır. Gündüz vaxtı ştativdən istifadə etdikdə naqilli idarə edicidən istifadəyə gərək olmaya bilər.

kablo-deklansör-fotografium

360 dərəcəlik Panorama üçün: Əgər 360 dərəcəyə malik Panoramik şəkillər əldə etmək istəyirsinizsə, siz üçayaq ilə birgə xüsusi 360 dərəcə stabil dönə bilən ştativ başlığı almaq məcburiyyətindəsiniz. 360 dərəcəlik virtual tur yaratmaq üçün belə bir başlıq və ona uyğun obyektivə ehtiyacınız var.

tripot-tripod-fotografium

Panoramik şəkil necə çəkilir?

  • Bütün parametrlər əlnən quraşdırılmalıdır.

Birdən çox şəkil çəkdiyimiz üçün bütün  parametrlər əl ilə quraşdırılmalıdır. Birləşdirmə anına bütün şəkillərin işıq miqdarı və dəqiqliyi eyni səviyyədə qalmalıdır. Bir-birindən fərqli işıq səviyyəsində və müxtəlif növlərdə çəkilən şəkilləri birləşdirən zaman işıq və rəng fərqi səbəbi ilə sezilə bilən səvhlər meydana çıxır. Bu səbəbdən də çəkim sürəti, diafraqma, fokuslanma və ağ balansı kimi parametrlər əl vasitəsi ilə düzəldilməlidir.

M rejim

  • Birləşmə sərhədləri geniş olmalıdır.

Panoramik çəkilişdə önəmli olan detallardan biri də, üfuqi və ya şaquli şəkildə birdən çox çəkiləcəyi üçün birləşmə sərhədlərinin geniş olmasıdır. Nümunəvi şəkildə sərhədlərin necə geniş saxlandığı sizə nümayiş olunur.

  • Kadr seçimində diqqətli olmalısınız

Çəkim zamanı şəklin üfuqi və ya şaquli olmasını seçəcəyiniz ərazinin sahəsinə uyğun olaraq təyin etmalisiniz. Məsələn 4 fotoya hazırlanmış ərazinin üfuqi və şaquli şəkildə çəkdiyimizdə alınan fərq və nəticələri sizə təqdim edirik.

raw-jpeg-fotograf

  • RAW formatında çəkiliş etmək.

Çəkilmiş fotoları müəyyən  proqramlarda birləşdirmək üçün redaktə etməliyik. Hətta az da olsa foto redaktə etmə qabiliyyətinə sahib olmaq lazımdır. Bütün bu bilgilərə əlavə olaraq hər şəkli 3 fərqli ekspozisiyada, RAW formatda çəkib işləmək, onlari birləşdirib HDR şəkil əldə etdikdən sonra bu HDR şəkillərdən HDR Panorama əldə etmək mümkündür.

panoramik-baslik-panoramik-tripod-kafasi

  • Çəkilmiş şəkillər üzərində əməllər

Əldə etdiyiniz şəkillərin JPG və RAW formatında olmasında asılı olaraq onlar bəzi proseslərdən keçməlidirlər. RAW formatını redaktə etmək üçün en rahat Adobe Photoshop və Adobe Lightroom(Camera RAW əlavəsi ilə) proqramlarıdır. Redaktə olunmuş RAW şəkilləri JPG formatına çevirdikdən sonra onları Photoshop-un Panoramik birləşdirmə bölümündə və ya PTGui proqramı ilə birləşdirmək mümkündür.