UV filterlərin əhəmiyyəti

UV filtrlərlə bağlı saytlarda onlarla müzakirələrə rast gələ bilərsiniz: bu filtrlərin istifadəsi nə üçündür, ya da nəyə köməyi var suallarının cavabları var. Qısaca, bu cavabı yekunlaşdırmalıyıq. Belə ki, UV şüalarını kəsən bu filtrlər fotolarınızı çox az da olsa redaktə edir. Ancaq bu redaktə sizi tam təmin etməyə bilər.

Mən UV filtrlər ilə bağlı bir mövzuya gələcəm. Bu filtrlərin qiyməti 5-10 manat (Online sifariş edin. Yerli satıcılar çox baha qiymət deyirlər) ətrafında dəyişir. Bəli, fotolar üçün çox böyük redaktələrə kömək etməsə də, linzanın ön şüşəsinın qırılmasına və cızılmasına qarşı qorunma təmin edir.  Sadəcə kiçik bir maliyyə ilə böyük bir riski aradan götürə bilərsiniz.

Bildiyiniz kimi lens ön şüşədə yaranan tək bir cızıq belə sizə böyük maliyyələr yarada bilər. Çox böyük ehtimalla da təmir dərəcəsini düşünmədən (hər linza üçün yox) tam lupanı tullaya bilərsiniz. Ona görə də, bu filterlərdən əldə edin. UV filterlər istənilən mm-lens üçün var. Aliexpress kimi online alış-veriş saytlarından bu filterləri əldə edə bilərsiniz.