Fotoqraf loqosu necə olmalıdır? – Səhv və Düz

Fotoqrafiyada fotonun çəkilməsi, çəkilmə anına qədərki bilgilər, bacarıqlar, fotonun çəkildikdən sonra işlənməsinə qədər uzun bir proses gedir.

Foto və ya fotolar hazır olandan sonra onun loqolanması prosesi gedir. Loqo müəllifin müdafiəsi, imzası, adının tanınması üçün bir üsuldur. Nəzərə alsaq ki, fotolarda loqo ola-ola müəllif hüquqlarını qorumayanlar “N” qədərdir. Loqo olmasa bunun nə qədər artacağını bilmək elə də çətin deyil.

Buna görə də, loqo fotoqrafiyada önəmli yer tutur. Bəs, fotoqrafın loqosu necə olmalıdır?

Burada məsələ 3 hissəyə bölünür:

1 – Foto üzərində olan loqo

Bu başlıq altında vurğulayaq ki, foto üzərində olan loqonun rənginin ağ olması vacibdir. Bunun səbəbi, loqonun rahat görünməsi və hiss edilməsidir. Amma bunu da qeyd edək ki, loqonuzun mütləq qara rəngli versiyası da olmalıdır. Bu da ağ rənglərin və işığın bol olduğu fotoda loqonun görünməsi üçündür. Loqo fotoya mane olmalı deyil. Loqo küncdə, səliqəli, baxan zaman görünən, amma fotonun ümumi görüntüsünə mane olmayan yerdə olmalıdır.

olmaz

Burada fotoya loqo vurulmayıb, loqoya foto vurulub. Bu şəkildə loqo heç bir zaman qəbul edilmir. 

olar

Bu fotoda isə loqo tam doğru istifadə edilib. 

2 – Portfolio loqosu

Bu başlıq altında qeyd edək ki, sayt üçün olan loqolar fərqlidir. Burada sizin web səhifənizin dizaynı, loqo üçün imkan tanıdığı ölçü, rəng, yer çox rol oynayır. Sayt üçün istifadə edilən loqo çox vaxt fotoda istifadə edilmir. Çünki saytda gözəl, şık və ideal görünən loqo, foto üzərində o effekti verməyə bilər.

2017-09-18_18-26-12

3 – Xəbər üçün loqo

Bu başlıq altında qeyd edək ki, xəbər üçün çəkilən fotolarda da loqo standartları var. Amma burada önəm kəsb edən şeylərin başında fotonun eksklüzivliyini qorumaqdır. Əgər baş vermiş hadisəni özündə əks etdirən foto sadəcə bir saytın əməkdaşı tərəfindən çəkilibsə, deməli fotonun müəllif hüququ maksimum qorunmalıdır. Burada foto üzərində mütləq saytın loqosu, həmçinin də müəllifin adı olmalıdır. Təbii ki, bu bəzən dəyişir. Müəllifin saytla olan anlaşması çox şeyi dəyişə bilər. Məsələn, ölkəmizdə APA, Trend kimi agentliklərdə fotolara sadəcə agentliyin loqosu vurulur. Xəbər portallarında isə bu fərqlidir. Məsələn, “musavat.com”, “ölkə.az” kimi saytlarda isə fotoqrafın adı da fotoların üzərində əks edilir.

Bu şəkildə fotonun hər yerinə loqo vurmaq olmaz. Bu, fotonun görüntüsünü pozur, itici effekt verir.

Bu şəkildə fotonun hər yerinə loqo vurmaq olmaz. Bu, fotonun görüntüsünü pozur, itici effekt verir.