Makro Fotoqrafiya – Makro fotoqrafiyada işıqdan istifadə

Makro fotoqrafiya indiyənə qədər olan məlumatlarla nəzəri olaraq 100% öyrənilsə də, praktik cəhətdən 60-70% yerinə yetirilə bilir. Ona görə də, bu yazımızda makro fotoqrafiyaya toxunduq. 

İşıq sistemləri az da olsa təcrübə tələb etdiyi üçün bu mövzunu mümkün qədər sadə şəkildə anlatmağa çalışacağıq.

Makro çəkilişdə problemləri saymalı olsaydıq, işıq problemi başda gələrdi. İnkişaf edən texnologiya ilə İSO 2000 sərhədinə qalxmaq rahat olsa da, dəqiqlik, ani çəkim müddəti, köməkçi işıq və xarici işığı istifadə etməyi bilmək makro çəkilişin çətin tərəflərindən bir neçəsidir. Bunları yalnız və yalnız səhv edə-edə, işıq sistemləri qurub sınadıqda və praktikada öyrənə bilərsiniz. Nəzəri olaraq öyrəndikləriniz sizə praktik cəhətdən dəstəkdən başqa heç nə verə bilmir.

1-Pop-up Fləş

 

Bəli, aparatların üzərində olan o kiçik fləşləri modifikasiya edərək obyektivin önünə işıq salmasını təmin etmək mümkündür. Yalnız unutmayın ki, diffuzer (yumşaldıcı) olaraq istifadə etdiyiniz materialların keyfiyyəti, rəngi sizin işığın keyfiyyətini, işığın düşmə bucağını və işıq rəngini dəyişə bilər. Təcrübələr əsasında hər bir makro fotoqrafiya ilə məşğul olana dediyim kimi, ən yaxşı işıq yumşaldıcı kağız salfetlərdir. Bir qat olan kağız salfetlərdən istifadə edə bilərsiniz.

Müsbət cəhətləri

  • Əlavə xərc tələb etmir
  • TTL olaraq işləyir – Yəni aparat ilə sinxronlaşır

Mənfi cəhətləri

  • Yenilənmə sürətinin aşağı olması
  • İşıq gücünün lazımi səviyyədə olmaması..

 

2 – Xarici Fləşlər

Fotoaparatların üzərində istifadə olunan bu fləşləri həmçinin müxtəlif modifikasiya da istifadə etmək olar, Canon-un həm MT24EX, həm də MR14EX istifadə etmiş biri kimi xarici fləş və onun işıq keyfiyyətini heç bir şeyə dəyişmərəm. Dairəvi və Twin fləşlərə nisbətən qalan çəkiliş növlərində də istifadə edə bildiyimizə görə xarici fləşlər məni həmişə cəlb edir.

Müsbət cəhətləri

  • TTL və hətta HSS(High Speed Sync) rejimdə işıq dəstəyi
  • Modifikasiyaların rahat həyata keçirilməsi
  • Modifikasiya olunmuş işıqın keyfiyyətinin yüksək olması
  • Yenilənmənin tez həyata keçməsi

Mənfi cəhətləri

  • Aparatın çəkisinin artması
  • Ona uyğunlaşdırılan Softbox-un hər çəkilişə uyğun olmaması
  • Öyrəşənə qədər bir qədər kobud görsənməsi

 

3 – Dairəvi və Twin Fləşlər

Dairəvi və Twin tipli işıqlar makro və ya detalların çəkilməsi üçün xüsusi olaraq istehsal olunduqlarına görə istənilən kiçik kadrların işıqlandırılmasında onlara ehtiyac duyulur. Lakin biz araşdırma etmədiyimizə görə və sənət əsəri yaratdığımıza görə sərt işıq deyil də yumşaq işıq lazımdır.

Dairəvi və Twin işıqlarının rahatlığı heç bir fləşdə yoxdur, amma söhbət sənət əsəri yaratmaqdan düşdükdə onları yumşaltmaq çətin olur. Problem seçdiyiniz yumşaldıcının kadra müdaxilə etməsində, obyektlərə toxunmasında, yığcam və lazımı səviyyədə yumşaltmasındadır. Çətin olsa da mümkünsüz heç nə yoxdur. Lakin xarici işığa öyrəşdikdən sonra və bu sistemin işıq keyfiyyətindən sonra söhbət açdığımız işıq sisteminin 2 müsbət cəhəti meydana çıxır.

 

Müsbət cəhətlər

  • Makro və detalların çəkilişinə uyğunlaşdırılması onun TTL sistemini daha stabil edir
  • AF köməkçi lampalarının olması və dar sahədə rahat istifadə

Mənfi cəhətləri

  • Qiymətlərin çox yüksək olması( 1 MT2EX yerinə 4 ədəd xarici fləş alıb istifadə edə bilərsiniz)
  • İncə olduqları üçün diqqətli davranmalısınız