- Sevgilisinin əlini tutmağı deyil, fotoaparatı tutmağı seçər.
- Romantik bir gündə, siz günəşin batışını seyr edərkən, “nə möhtəşəm” deyə düşünərsiniz, halbuki o, “enstantane 1/30, diyafram f/16, tripodla təmiz olar” deyə düşünər.
- Film izlərkən və ya jurnal oxuyarkən zövq ala bilməzsiniz, çünki fotoqraf sevgiliniz sizə tez-tez vizual, texniki səhvləri söyləyib, bezdirə bilər.
- Anlamsız kafelərdə oturub, saatlarla gələn gedənlərə baxar.
- Yol gedərkən işığı və ortamı bəyənib, sizə “Burada dayan. Bir az sağa, bir sola…” deyib, fotonuzu çəkə bilər. Buna hazırlıqlı olun.
- Hər kəsdən fərqli olaraq, yemək zamanı foto çəkməyi sevməzlər. Yediyi yeməyin fotosunu çəkmək, fotoqraf üçün maraqsızdır.
- Bir dostunuz fotoqraf sevgilinizə “Mənə ucuz, amma yaxşı foto çəkə biləcəyim kamera məsləhət gör” desə, bilin ki, sevgiliniz artıq qəzəblənib.
- Foto ilə əlaqədar bir sərgiyə, ya da başqa bir yerə getdiyiniz zaman bilin ki, saatlarla gözləyəcəksiniz.
- Sizə tam şəkildə diqqətlə baxırlarsa, bilin ki, əslində sizin dediklərinizə yox, üzünüzdəki problemləri photoshopla necə düzəldə biləcəyini düşünür.
- Əgər kənarda 1000 – 2000 manat varsa, bilin ki o pulu ortaq bir şey almağa deyil, bir lensə, ya da fotoaparat almağa xərcləyəcək.
- Sizin fotonuzu çəkən zaman, bir az kilolu göründüyünüzü söyləsəniz, “kədərlənmə, mən photoshopla həll edəcəyəm” deyə bilər.
- Öz standartlarına görə qiymətli deyilsə, sizin istədiyiniz bir şeyi photoshoplamazlar.
- Sizin və ya dostunuzun fotosunu çəkibsə, o fotoşəkili almağı unudun. O fotonu almaq çətin olacaq. Bəlkə də bir neçə ay və ya il sonra…
- Fotoqraf artıq qalan bütün zamanını kompüter başında keçirir. Yeni bir şeylər öyrənməyə çalışır.
- Evinizdə fotoaparatların qalıqları hər zaman olacaqdır. Heç vaxt onları atmağa qıymazlar. Nə vaxtsa lazım olacağını düşünürlər.
- Sizdən daha çox modellərlə, sənətçilərlə, musiqiçilərlə, ya da iş adamları ilə vaxt keçirməyi seçərlər. Çünki onların fotosunu çəkmək istəyəcək.
- Otağın hansı tərəfini dağıtsa da, kameraları olan hissə hər zaman səliqəli olacaqdır. Buna əmin olun.
- Telefon zənglərinə, mesajlara cavab verməyi sevməzlər.
- Köhnə filmləri, onların çəkilişi haqqında öyrənməyi çox sevirlər.
- Ümumiyyətlə qəribə şeylərlə maraqlanırlar – “Kibrit qutusundan necə fotoaparat edə bilərəm?”, “Qatıq qabından ring flaş olmazmı?”, “Özüm obyektiv düzəldə bilərəm?” kimi…
- Digər fotoqrafların lensləri daha uzundursa, bu onları qıcıqlandıra bilər. Günlərlə “Məndə elə bir lens olsaydı, belə edərdim” sözü onun beynində fırlana bilər.
- Uzaq bir yerdə bir təbii fəlakət yaşandısa, ya yola çıxmışdır, ya da hazırlanır.
- Eqosu yüksəkdir. Özünün çəkdiklərindən başqa bütün fotolara bir qulp taxar.
- Foto çəkən zaman ona mane olan şəxs, ən qəti düşməni ola bilər. Saatlarla həmin şəxslə bağlı əsəbi halda danışa bilər.
- Bahalı, güclü kompüterlər, kameralar görəndə uşaq kimi olacaq. Onu almaqdan başqa heç nə düşünməyəcək.
- Tərk edilmiş köhnə binalar fotoqrafların məskənidir. Əgər o bina dağınıq, bərbad haldadırsa, fotoqraf özünü cənnətdə hiss edəcəkdir.
- Yeni fotolarını sizə böyük həvəslə göstərəcək. Amma bunu bilin ki, sizin bəyənib-bəyənməməyiniz vecinə belə deyil.
- Fotoşəkildən çox da anlamayan yoldaşınızın çəkdiyi fotoşəkillərə onun yanında baxmayın. Əmin olun ki, nəsə səhv tutacaq və bunu mədəni formada deməyə də bilər.
- Ən çox sevmədiyi mövsüm qışdır. Ən sevdiyi isə payız. Payızda fotolar çəkmək daha əlverişlidir.
- Sizə ad günü hədiyyəsi olaraq, öz portreniz olma ehtimalı yüksəkdir. Və ya ən sevdiyi fotonu çərçivəyə salaraq, sizə hədiyyə edə bilər.
- Təmizlik zamanı onun kameralarına toxunmaq, çox risklidir. O, kameralarını düşündüyünüzdən də çox sevir.
- Sizdən davamlı olaraq bir test modeli kimi istifadə edə bilər.
- Heç bir şey təbii olaraq gözəl deyil. Hər şeyə photoshop müdaxiləsi etməyə çalışar.
- “Həyatım, kamera çantamı yanıma alıram” deməsi, “İçində lensləri, batareyaları olmaq şərti ilə 20 kilonu tapan bir çantanı yanıma alıram” mənasını gəlir.
- Əgər səhvən hər hansı bir əşyasına ziyan versəniz, yandınız!
- Ona hədiyyə almaq və onu sevindirmək istəyirsinizsə, xərcə düşəcəksiniz. Çünki onun sevinməsi üçün kamera, obyektiv və onun ehtiyat hissələrindən nəsə alınmalıdır. Onlar da bahalıdır.
- Terabaytlıq xarici disklərdə fotoşəkili var, amma onları gözdən keçirsə, silməyəcəyi foto sayı 100-ü keçməz.
- Hər hansı bir şəkildə avtomatik rejimdəysəniz bilin ki sizə güləcəkdir. Çünki, onlar üçün hər şey manuel.
- Yeni bir foto texnikası öyrəndiyində orqazm ola bilər.
- Özü kimi fotoşəkil maraqlısı biri ilə qarşılaşdığında yandınız deməkdir. “Ayaqüstü sohbətləri” ən az bir saat çəkir. Hələ ki “bir yerlərə oturub, orada söhbətə davam edək?” sözünü eşitdinizsə, 2 saat daha ordasınız deməkdir.
- Bir parkda başınızı onun çiyninə qoyub, romantik hava yaratmaq istəsəniz, ehtiyatlı olun. Hər an eyni formada oturan bir cütlüyü görüb, onların fotosunu çəkməyə gedə bilər.
- Bir fotoqrafla sevgili olmaq, onun şalvarının dizlərini tozlu görməyə alışmaq deməkdir. Çünki fotoqraf üçün yerdə uzanmaq, dizlərini yerə qoyub, foto çəkmək adi haldır. Əsas kadr alınsın.
