Quş fotoqrafçılığı nədir? Quş fotoqrafçılığı sahəsində necə daha keyfiyyətli şəkillər çəkə bilərsiniz deyə maraqlanırsınızsa, bu məzmun tam sizə uyğundur.
Kateqoriya olaraq təbiət fotoqrafçılığı kimi qiymətləndirilsə də, zamanla özünə məxsus çoxsaylı dinamikaları olduğu üçün növ fotoqrafçılığına çevrilmiş olan quş fotoqrafçılığı əslində daha çox aksiyon fotoqrafçılığına yaxın bir fotoqraf sahəsidir.
Bu uçan dostlar poz vermək bir yana, sizə yaxınlaşmaq istəməzlər. Hansı istiqamətə uçacağını, haradan çıxacağını təxmin etmək mümkünsüz kimi bir şeydir. Şərait çətin, zaman qısadır. Fürsəti ən doğru şəkildə qiymətləndirmək lazımdır. Sizə kömək olması üçün bəzi məsləhətlərimiz var:
- Günəş və külək eyni istiqamətdədirsə, quşları uçarkən fotosunu çəkə bilərsiniz. Uçan quş şəkillərində ən yaxşı şərtlər bu şəkildə yaranır.
- Uçsun ya da uçmasın, əgər peşəkar səviyyədə şəkil istəyirsinizsə, günəşi həmişə arxanızda saxlayın. Sağda-solda gördüyünüz, yüksək bəyənmə alan keyfiyyətli şəkillərin yüzdə doxsanında hədəf günəşi birbaşa alır ya da hava bir az buludludur və günəş arxada olacaq şəkildə bulud günəşin şiddətini bir az yumşaldır.
- Günəş çox dik bucaqdan gəlmirsə, yəni daha çarpaz bucaqlardadırsa, quş şəkili çəkmək daha asan olacaqdır. Əgər günəş çox dik olarsa, quşun alt hissəsi kölgələrdən dolayı çox qaranlıq olur. Proqramla belə düzəltmək həqiqətən çox çətindir.
- Gün doğumu-gün batımı vaxtlarında quşların silueti ya da aşağı pozlanmış halları möhtəşəmdir. Əgər çəkmə modunuz anlıq ya da diyafram öncəli isə, poz kompensasiyanızı bir neçə stop aşağı salın. Beləliklə, bu xüsusi anlardakı möhtəşəm rənglər zəmanətli bir şəkildə kameranıza qeyd edilmiş olur.
- Əgər quşları qrup halında fotosunu çəkirsinizsə, qanadların bir-birindən ayrılmasına diqqət yetirin. Düyməyə basmadan əvvəl quşların bir az bir-birindən ayrılmasını gözləyin.
- Quş şəkillərində arxa fon nə qədər sadə və boşdursa, mövzu o qədər önə çıxar.
- Quşlar haqqında məlumat sahibi olun. Davranışlarını, reaksiyalarını nə qədər öyrənsəniz, şəkil keyfiyyətiniz o qədər artacaqdır.
- Səbirli olun. Quşlarla eyni mühitdə nə qədər qalsanız, sizə o qədər alışacaqlar. Gözləməyə davam edin, qoy onlar sizə gəlsinlər. Şəkil keyfiyyətiniz təəccüblü şəkildə artacaq.
- Yavaş və qısa olmağa diqqət yetirin. Hər hansı ani hərəkət quşların qaçmasına səbəb olar. Həmçinin hərəkət halında olarkən tripodunuzu ən kiçik halına gətirin və hədəfə yaxınsınızsa, mümkün qədər əyilərək hərəkət edin.
- Sahəyə getməzdən əvvəl fotoaparatını ayarlayın, son ana saxlamayın. Uğur mili saniyələr içindəki qərarlarınızla gerçəkləşir. Fotoaparatı ayarlamağa vaxt xərcləməyin
Bir məsləhət daha. Yaxşı quş şəkili çəkmək üçün kompüter ya da telefondan qurtulub gəzib-dolaşmanız, yorulmanız, axtarmanız və çoxlu səhvlər etməniz lazımdır.
Şərh yaz