Fotoaparatlar və onların növləri

İlk cəkilən şəkildən bu yana, 190 il ötür. Hamımız az-çox ilk fotoaparatların necə işlədiyini görmüşük. Filmlərdə, üç ayaq üzərində duran taxta bir qutu, ortasında bir lens, partlayan alov  və məşhur `Ay moment` sözünü xatırlayırıq. O günlərdən bu günlərə çox şey dəyişdi, filmli fotoaparatların məşhur oldugu 90-cı illər…. 8-9-cu sinifdə oxuyarkən bir neçə dəfə ZENİT fotoaparatı ilə şəkil çəkmək imkanım oldu,  flaşı ilə birlikdə.

Yadıma gəlir, ortancıl dayımın toyunda o fotoaparatla bəlkə 200 şəkil çəkmişdim. Zenit_12XPFotostudiyada yudurarkən şəkillərin çoxunun qaranlıq, bulaniq və yanmiş halda olduğunu gördüm. İlk işim məhv olmuşdu.

Bu gün artıq onlar yoxdur (bəzi klassik sevərlər tərəfindən istifadə edilsədə, mən ümumi istifadəni nəzərdə tuturam). Cox yüksək texniki imkanlara sahib olan fotoaparatlar, artıq hər kəsin vacib bir əşyasına çevrilib. Mobil telefonların yüksək meqapikselli cameraları hər nə qədər yaxşı şəkil çəkəbilsə də, fotoaparatların fərqini anlayanların yanında mütləq bir makina vardır.

—- Şəkli çəkən fotoaparatdır, ona həyat verənsə Sizin gözününz və fantaziyanızdır —–

İstifadə yerinə və məqsədinə  görə fotoqraflar aşağıdakı qruplara ayrılır:
– Həvəskar
– Təcrübəli həvəskar
– Peşəkar

Bu saydığımız istifadəçi qrupunun  seçimi də belədir:
– Mobil telefon və ya kompakt fotoaparatlar.
– Orta səviyyə D-SLR və ya Aynasiz fotoaparatlar.
– Üst səviyyə D-SLR.

1. HƏVƏSKAR  – Mobil telefon və Kompakt fotoaparatlar:

S800c-BK-front34l-loSosial şəbəkənin populyarlığı insanların paylaşımlarını da artırmaqdadır. Gündəlik həyatda, gördükləri işləri, old_camerassyedikləri yeməyi, gəzdiyi yerləri və bir çox situasiyaları mobil telefonları ilə şəklini çəkib, sosial şəbəkədə paylaşanlar var.  Bu kateqoryanın bir hissəsi, mobil telefonla yanaşı kompakt fotoaparatlar da istifadə edirlər. Kompakt makinaların onlarca marka, yüzlərcə çeşidi olsada, işləmə mexanizimləri demək olar ki, eynidir.

Bəs kompakt fotoaparat nədir, necə işləyir, nəyə görə seçilməlidir?

Kompakt fotoaparatlar, kiçik həcmli, lensi dəyişilməyən, hazır modlara sahib olan, ucuz və yüngül aparatlardır. Bu fotoaparatlar, ailəsini, xüsusi günlərini, getdiyi yerləri, dost taniş məclislərinin şəkilini çəkmək və agir DSLR yanında gəzdirmək istəməyən, menular və İSO, Diafragma və Shutter Speed-lə oynamaq istəməyənlər üçündür. Kompakt fotoaparatlarda, MegaPixel dəyərləri çox vacib deyildir. Vacib olan sensor böyüklüyüdür, 1/2.5″ ,1/2.3″ , 1/1.6, 1/1.8″ kimi ölçülərdə  olanlardan ən böyüyünü seçməlisiniz. Bu fotoaparatların  daxili sabitləmə və Zoom xüsusiyyəti   ilə yanaşı, sensorlu ekranlara da sahibdirlər.

2. TƏCRÜBƏLİ HƏVƏSKAR – Orta səviyyə D-SLR və ya Aynasiz fotoaparatlar.

Foto işini bir az mənimsəmiş, şəkil çəkmə texnikasını bacaran, fotoaparatı az-çox taniyan, mövzü təsəvvür edə bilən, bu işə pul qazanmaq məqsədilə yanaşmayan amma çəklişlərini bir PEŞƏAKAR kimi aparan insanlara, ORTA səviyyəli fotoqraflar deyə bilərik. Fotoaparat istehsal edən firmalar, bu qrupa xas DSLR və Aynasiz Fotoaparatlar istehsal edirlər. Aynasiz fotoaparatlarla bağlı, Aynalı və Aynasız  yazımda bəhs etmişdim.

Картинки по запросу
Hər  ikisi orta səviyyə üçün bütün imkanlara sahibdir. Aynasızlarda SONY A7 seriyası FF (Full Frame) xaric bütün aynasızlar orta segmentdə yol alır. D-SLR-lər, lensləri dəyişdirilən, APSC sensora sahib (1.6x-1.5x – Bəzi FF sensorlu makinələr də Orta segmentə aid edilir, məs Canon 6D) olan, peşəkar modların yer aldığı fotoaparatlardır. Peşəkarlığa addım atmaq istəyən hər kəs, mütləq istifadə etməlidir.  FF (Full Frame) aparatlardan ən böyük fərqi, həm gövdənin həm də lenslərin (DX) ucuz olmasıdır.

Nikon, Canon, Pentax, Sony, Panasonic, Leica, Olympus, Fujifilm, Sigma, və s. kimi markaların çox əla orta səviyyə fotoaparatları mövcuddur. Orta segmentin özünü də üç hissəyə ayırmaq mümkündür:
– Aşağı səviyyə D-SLR   – Misal: Canon 1100D, Nikon 3200, 
– Orta səviyyə D-SLR  – Misal: Canon 650D, Nikon 5200, 
– Yuxarı səviyyə D-SLR   – Misal: Canon 70D, Canon 7Dm2, Nikon 7100, Pentax K-S2

Bu cür sıralama səbəbim, qiymətlərinin  və imkanlarının da dəyişkən və fərqli olmasıdir. Məsələn, Nikon 3200 də orta səviyyədir, Nikon D7100-də, ama D7100 imkanları o qədər çoxdur ki, hardasa sensoru xaric, peşəkar fotoaparatlarla eynidir demək olar.

3. PEŞƏKAR – Üst səviyyə D-SLR

Bu tipli fotoaparatlar FF -Full Frame  36x24mm-lik sensora sahibdirlər. Full Frame sensorlarin APS-C və digər sensorlardan fərqi, az ışıqlı vəziyyətlərdə daha təmiz şəkil çəkə bilmək, yüksək İSO-larda daha az parazit və daha keyfiyyətli şəkil çəkməsindədir. Bu işdən pul qazanan, müştərilərə keyfiyyətli işlər təqdim etmək istəyən, böyük ölçüdə çap məhsulu  alacaq olanların istifadə etdiyi son segment D-SLR-lərdir. Studiya çəkilişlərində, toy -nişan mərasimlərində, və s. işlərdə müştərilərə  zəif fotoaparatla getmək sadəcə referansını korlamaq deməkdir. FF-lərin ən böyük dezavantajı, həm gövdənin həm də lenslərinin çox bahalı olmasıdır. Bu səbəbdən mənə görə gündəlik həyatında istifadə edəcək insanlar FF aparatlara yanaşmasalar daha yaxşıdır.

Картинки по запросу canon nikon

FF aparatları da üç segmentə ayıra bilərik.

– İlkin səviyyə – Misal: Canon 6D, Nikon D750, Sony A99
– Normal səviyyə – Misal: Canon 5D Mııı, Nikon D810
– Üst səviyyə – Misal:  Canon 1DX, Nikon 4s

FF fotoaparatların  həcmləri böyükdür, ağırdır, və çox bahalıdır. Bu aparatları  özünüzlə  gəzdirmək, bir yerdən sonra əziyyətə çevrilir.

aynasiz

YEKUN: Şəkil çəkmək maraqlı və əziyyətli bir işdir, əgər bu işdən pul qazanmırsınızsa pulunuzu boşuna xərcləyib bahalı aparatlar və aksesuarlar almayın. Hələ ki, çəkdiklərinizi böyük ölçülərdə (A3-dən böyük) çap etməyəcəksinizsə, yüksək megapiksel də sizə gərəkli deyil.  Normal bir DSLR və ya Micro Four Third sistem aynasızdan lazımi keyfiyyəti alacagınıza əmin ola bilərsiniz.

Mənbə: archifoth.com