Portret çəkilişi – yeni başlayanlara məsləhətlər!

Bu materialda yeni başlayan fotoqraflara bir neçə dəyərli məsləhət verməyə çalışacağıq. Portret çəkilişi – fotoqrafiyanın çətin janrıdır, ancaq əsas qanunları bilsək, öyrənmək xeyli asanlaşacaq. Məqaləni oxuyandan dərhal sonra tətbiq və praktika edin, yalnız belə halda yaxşı nəticələr əldə etmiş olacaqsız.

Baş üzərində boş sahə

Yeni başlayanlar portret çəkməyə başlayarkən, kompozisiya haqqında o qədər də düşünmürlər və modelin başı üzərində çox yer buraxırlar.

Bu, portert fotoqrafiyasının harmoniyasını pozan çox ciddi səhvdir.

Bu boş yer özündə heç bir informasiya daşımır, təkcə lazımsız boş sahə əlavə edir. Beləliklə, əgər siz iriplanlı portret çəkirsizsə, heç vaxt modelin üzünü üçdə birlərin yuxarı üfüqi xəttinin üstündə yerləşdirməyin və kadrın komponovkasında bu qaydanı yadınızda saxlayın.

Nümunədəki fotoda ştrixlənmiş sahədə sima daha harmonik görsənmiş olardı. Əgər siz maraqlı bir arxa planı vurğulamaq istəyirsizsə, o zaman burada istisna hallar ola bilər.

Portret çəkilişi – portret istiqaməti

Fotoqrafiyaların çoxu üfüqi istiqamətdə çəkilir, bu aydın məsələdir – fotoapparatlar da öz konstruksiyası və düymələrinin yerləşməsinə görə hər şeydən əvvəl belə çəkiliş üçün hesablanıb.

Portret çəkilişi fotoapparatın şaquli yerləşməsini nəzərdə tutur. Bu portret istiqaməti adlanır.  Daha maraqlı portret fotoları əldə etmək üçün fotoapparatınızı şaquli vəziyyətdə qoyun və bu rejimdə çəkin. Bu məsləhət əsasən də tam boya çəkilən portret fotoqrafiyaları üçün əhəmiyyətlidir.

Əlbəttə ki bütün qaydalarda olduğu kimi, burada da istisnalar var və bəzilərinə aşağıda nəzər salacağtıq.

Foto : İlgar Gracie

Batareya blokunun istifadəsi

Portret fotoqrafiyalarını çox çəkirsinizsə, vaxtınızın böyük hissəsini portret istiqamətində yerləşmiş kamera ilə keçirəcəksiz. Müəyyən vaxt keçdikdən sonra hər dəfə sağ əlinizlə kameranın sürgüsünün enmə düyməsini basmaqdan yorulacaqsız.

Bir çox fotoapparatların portretləri rahat çəkməyə imkan verən, lakin kameranın avtonom işləmə vaxtını uzadan batareya blokları var.

Enmə düyməsindən əlavə blokda menyu naviqasiyasını asanlaşdıran və fotoapparatın əsas kökləmələrini idarə edən digər idarəedici disklər və düymələr yerləşə bilər.

Həmçinin ağır obyektivin istifadəsi zamanı batareya bloku fotoapparatı tutmada balansı yaxşılaşdırmağa kömək edir.

Arxada günəş

Küçədə portret çəkilişi zamanı parlaq günəş işığı sizə təbii üz ifadəsini almağa mane ola bilər. Model gözlərini qıymağa başlayır və bütün bunlar fotolarda süni görünür.

Bundan qaçmaq üçün günəşi arxada yerləşdirin ki, işıq üzə yox, boyuna və çiyinlərə düşsün. Bununla siz bu problemdən canınızı qurtaracaqsız və həmçinin şəkillərdə çiyin və baş ətrafında xoş işıqlandırılmış parıltı əldə edəcəksiz.

Üz çox qaranlıq düşərsə, əlavə işığı (vspışka)  və ya aydınlaşdırma üçün əksedicini istifadə edin.

Əl işığını istifadə edərkən gücü göstərəndə ehtiyatlı olun, çünki bizə üzü yüngülvari işıqlandırmaq lazımdır. Minimal qiymətlərdən başlayın və lazımi dərəcəni tapın.

Geniş bucaqla yaxından çəkin

Portret çəkilişi zamanı geniçbucaqlı obyektivin istiadəsində fotolardakı nisbətlər təhrif oluna bilər. Buna yol verməmək üçün modeli obyektivə yaxın yerləşdirməlisiz. Bununla, kadrın mərkəzi və periferiyasına görə normal nisbətlər alınır. Həmçinin modeli kadrın bucaqlarına yaxın yerləşdirməyin.

Üfüqi istiqamətdə çəkiliş

Beləliklə, biz şaquli istiqamətdəki portret çəkilişi qaydalarını öyrəndik və mənimsədik. İndi isə bu qaydaları poza bilərik. Baxış üçün solda boş sahənin olmasına diqqət yetirin.

Profil portretlərini yaxşı olar ki üfüqi oriyenasiyada edin. Məsələ ondadır ki, modelin üzü şəklin sərhədinə yönəlib  və portret istiqaməti zamanı elə təəssürat yaranır ki, elə bil o,“qutu”nun içində sıxılıb. Ona görə baxış üçün həmişə boş sahə buraxmaq lazımdır.

Teleobyektivlərlə çəkiliş

Həmişə portretləri teleobyektivlərlə çəkməyə çalışın, çünki onlar fotoqrafiyada dərinliyi əldə etməyə imkan verən kadrın perspektivinin optiki komperssiyası xüsusiyyətinə malikdirlər. Uzunfokuslu optika perspektivi daha az təhrif edir, həndəsi təhrifləri azaldır və portret çəkilişi zamanı fonu daha yaxşı yaymağa imkan verir.

50 mm-dən çox fokus məsafəli obyektivlərlə çəkin. Peşəkar fotoqraflar modelləri uzaq məsafədən çəkir və çəkiliş zamanı obyektivin maksimal fokus məsafəsini istifadə edir. Məsələn, əgər 28-135 mm-li obyektiv varsa, portret çəkilişində maksimal effekt əldə etmək üçün 135mm istifadə etmək lazımdır.

Portret üçün fonu yaxşılaşdırın

Kadrın komponovkası və fonun seçimi zamanı bu qayda yaxşı işləyir – “Nə qədər az olsa, o qədər yaxşıdır”. Arxa fondakı istənilən artıq obyekt tamaşaçının diqqətini çəkilişin obyekti – modeldən yayındıra bilər.

Portret fotoqrafiyasının məqsədi modeli kadrda ayırmaq, tamaşaçının diqqətini onda vurğulamaqdır. Həmişə kadrdakı detallara diqqət ayırın. Əgər siz qapalı yerdə çəkirsizsə, bəzi obyektləri fiziki olaraq qırağa çəkmək və bununla fotonun fonunu yaxşılaşdırmaq olar. Küçədə çəkərkən modeli elə yerləşdirin ki, onun arxasında əhəmiyyətli heç bir şey olmasın. Nəticədə, əgər fonda diqqəti yayındıran artıq obyektlər qalmayacaqsa, onda ön plandakı insan sözsüz ki diqqət mərkəzində olacaq. Bizdən də elə bu tələb olunur.

Dəbli kompozisiya

Fotoların çoxu fotoapparatın şaquli və ya üfüqi yerləşməsində çəkildiyi üçün, digər rakursdakı fotolar başqa cür görünür. Hazırda məşhur metodlardan biri bucaqdan çəkilişdir. Fotoapparatı sadəcə sola və ya sağa əyin və bir neçə kadr edin. Tezliklə istədiyiniz kompozisiyaya nail olacaqsız.

Yuxarını kəsməkdən çəkinməyin

Çəkilişdə bu cür yanaşma “modelin başı üzərində artıq boş yer qoymayın” məsləhətinin məntiqi davamıdır. Modelin başının yuxarı hissəsini kəsməkdən qorxmamaq olar. Nə qədər qəribə səslənsə də, peşəkar fotoqraflar bu metoddan kadrı modelin üzü ilə maksimal dərəcədə “dolurmaq” üçün çox istifadə edir. Axı təpə və alnın yuxarı hissəsi kadrda kiçik kompozisiya yükü daşıyır.

482349_410064612416630_983392305_n.jpg

Foto : İlgar Gracie

Yadda saxlamaq lazımdır ki, fotoqrafiyada insanın çənəsini kəsmək qətiyyən arzu olunmaz haldır. Şəklin yuxarı hissəsi kəsiləndə, sima yenə də harmonik görsənir. Lakin üzün aşağı hissəsi kəsilərsə, foto qeyri-təbii və hətta qəribə görünür.