Yüksək meqapikselin üstünlükləri

İndiki vaxtda həvəskar fotoqraflar alver edərkən, xüsusilə fotoaparat gövdəsi satın alarkən iki xüsusiyyətə çox diqqət edir. Sensor ölçüsü, dəqiqliyi, yəni meqapiksel sayı.

Bu iki xüsusiyyət seçim edə bilmək üçün təyin edici meyar olmaqdan çox uzaqdır. Sadəcə bunu yazaraq izah etmək elə də asan deyil. Piksellər DSLR aparatlarda çox da böyük üstünlük deyil. Üstün olan şeyi isə indi yazacağıq.

Yüksək meqapikselə sahib olmanın əsl məqsədi böyük ölçülü çap əldə etməkdir. Əgər buna ehtiyacınız varsa, xüsusilə də 100cm və üzərində çap istəyirsinizsə yüksək keyfiyyətli bir body almanızda fayda var.

Yüksək meqapiksel dəyərinə sahib fotoşəkillər sizə qırpma ya da başqa bir deyişlə KROP üstünlüyü verir. (Fotoşəkilin içərisindən kəsərək başqa bir fotoşəkil əldə etmək.) Hər hansı bir şəkildə çəkdiyiniz fotoşəkildən KROP köməyi ilə başqa bir fotoşəkil əldə etmək istədiyinizdə yüksək meqapikselli olmasının üstünlüyü vardır. Məsələn, 12 meqapiksel bir fotoşəkildən KROP köməyi ilə 9 meqapiksellik bir fotoşəkil əldə edək. Eyni kadrı 40 meqapiksellik bir fotoşəkildən KROP köməyi ilə əldə etsək, bu fotoşəkil təxminən 30 meqapiksel olacaq.

Eyni şərtlər təmin edildiyində yüksək meqapikselli gövdələr aşağı meqapikselli gövdəyə görə, daha çox detal ehtiva edən görünüş təqdim edərlər. Bu isə xüsusilə saat, ləl-cəvahirat və s. məhsul çəkilişləri və makro çəkilişləri üçün böyük üstünlük verir. Əgər bu cür fotolar çəkirsinizsə yüksək meqapiksel yönəlmək lazımdır.

Yüksək meqapikselli fotoşəkillər eyni nisbətdə noise (zerno, qumlanma, ya da rəqəmsal çirklilik) dəyərinə sahib olsalar belə istifadə edildikləri mühitə görə – bunlar internet, ya da çap alınan mühitlər ola bilər – bu noise daha az narahat edici olacaq. Noise aradan qaldırıcı proqramlar istifadə edildiyində fotoşəkillərdəki kəskinlik itkisi daha az olacaq. Xüsusilə iç məkan çəkilişləri üçün yüksək ISO istifadə etmək məcburiyyətində qalanlar üçün bu, böyük bir üstünlükdür.