İdman fotoqraflığı asan kateqoriya deyil, qaçan, tullanan, davamlı hərəkət halında olan insanları çəkməyə çalışdığınız anın çox dəyərli olduğu, amma bir o qədər də əyləncəli bir janrdır.
İdman fotoqraflığında bəzən, hətta, bəlkə hər zaman özünüzə də diqqət etməlisiniz. Santa Barbarada bir Amerikan futbol klubunun hazırlıq görüntülərini çəkən zaman baş məşqçidən gələn “diqqətimizi dağıdırsan” sözlərindən sonra stadiondan çölə qovulan jurnalist var. Asan deyil, 30-a yaxın Amerikan futbolçusu, təpik altında qalarsınız, kötək yeyərsiniz, bilinməz.
İdman fotoqraflığı üçün ilk öncə şaquli kadraj istifadə edin. Çünki ilk öncə idman jurnalları üçün şaquli kadraj istifadə edilir, ancaq olmazsa olmaz bir qanun deyil. Mümkün olduğu qədər kadrajı idmançıya yaxınlaşdırın, ətrafı, yəni idmançıdan başqa bütün obyektləri kənara atmağa çalışın.
Diyafraqmada hər zaman ən açıq diyafraqmanı verməyə çalışın. Bu halda snaps ilə oynamaq şansınız da artar. Ancaq əsas olan ən açıq diyafraqma ilə daha dinamik foto tutmaqdır.
Ümumi olaraq partlama kipini çox istifadə etməlisiniz, istifadə etməməyiniz xəta olar. Yaddaş kartınızın yetərli qədər yeri olduğunu düşünürsünüzsə RAW çəkilişi edə bilərsiniz, yox əksini düşünürsünüzsə JPEG çəkilişi edin. Bununla birlikdə, rəqəmsal kameranızın təchizat xüsusiyyətlərinə görə daha az ölçülü foto daha çox işləmə sürəti deməkdir. Bu da idman fotoqraflığında vacib məsələdir. Diyafraqma aralığı ən açıq 2.8 isə, sizdə 2.8-dən davam edin. Bu arada, 1/640 və daha çox snapslar ən yaxşısıdır.
Diyafraqma aralığının ən açıq olmağının lazım olduğunu dedik, ancaq istifadə edilən tele obyektivlər üçün bir az cibizin yana bilər. Bunun önünə keçə bilmək üçün standart tele obyektivinizdə ola biləcək ən açıq diyafraqmanı istifadə edin və ISO ayarını artırın. Bu, azda olsa, balans yaradır. Işıq lazımı qədərdirsə seçilən ISO 100-200 aralığında istifadə edin, ancaq 400-ə qədər artıqmaqdan qorxmayın.