Portret çəkilişi, məhsul və ya model ilə işləmək istəyirsinizsə, sizə mütləq sofbox lazımdır.
Light modifier çətir, softbox kimi avadanlıqlar istifadə edilmədiyi təqdirdə işıqlarınızı çox güclü və ya nəzarətsiz şəkildə istifadə etmək məcburiyyətində qalarsınız, onun üçün bu cihaz və ya avadanlıq çəkəcəyiniz fotoşəkillər üçün böyük əhəmiyyət daşıyır.
Fotoqrafiyada işıqların yerləşdirilməsi işığın gücü qədər önəmli və vacibdir. Softun obyektə qədər məsafəsi, düzgün bucaqda qurulması ən önəmli şeylərdən biridir. Çünki işıq bərabər paylanmasa, lazımsız kölgələr ortaya çıxacaq.
Softbox xaricində olan parça, işığın yüngülləşdirilməsində mühüm rol oynayır, bəzi softboxlarda istifadə olunan (daxildə mini parça) ikinci parça, işığın daha yumşaq olmasına yol açır. Parça olmadan istifadə edilən softda isə işıq sərt olur. Fotonuzun yanma ehtimalı artır. Bundan izafə, işıq bərabər düşmədiyi üçün əziyyətiniz boşa gedir.
Studiya üçün istifadə edilən softlar statikdir. Yəni dayaqlarla qurulur. Bayır çəkilişləri üçün isə monopod istifadə edilir. Əsasən toy məclislərində bunu görmüş olarsınız. Monopodla istifadə edilən zaman softun idarəsi daha asan olur. Təbii ki, bu zaman sizə köməkçi bir nəfər lazımdır.
Softboxun modelləri, istifadə qaydaları, quraşdırılma üsulları, daha ucuz qiymətə soft əldə etmə haqqında növbəti yazımızda…