Hərdən fotolarınız bulanıq alınır və səbəbini bilmirsiniz. Ola bilər problem heç kamerada deyil, sizdədir.
Fotoşəkillərin kəskin alınmamasının bir neçə səbəbini sizin diqqətinizə çatdırırıq.
1 – Pərdə sürəti (shutter speed)
Foto çəkərkən pərdə sürətinə mütləq fikir vermək lazımdır. Nəzərə alın ki, pərdə sürəti rəqəm olaraq azaldıqca pərdənin açılıb-qapanma sürəti də azalır. Bu zaman çəkilən obyekt hərəkət edərsə əldə edəcəyimiz foto da kəskin alınmayacaq.
2 – Stabilizator…
Bir çox lenslərdə stabilizator var. Həmin funksiya sayəsində hərkətli obyekti (Məsələn sport foto çəkərkən – red) işimiz asanlaşır. Günümüzdə 2 tərəfli stabilizatoru olan lenslər də var. Canon 70-200 mm buna misaldır. Amma Sigma 70-300 mm kimi zoom lenslərdə bu funksiya yoxdur. Bu kimi obyektivlərlə foto çəkərkən də fotolarınız kəskin alınmaya bilər.
3 – Siz başqa obyekti fokslamış ola bilərsiniz.
Fokslama zamanı hətta kiçik səhvlər belə çəkilən obyekti kəskinlik zonasından çıxara bilər. Netləmə nöqtələrini kameranızın optik vizoru ilə izləyin. Hətta ayarlarda kiçik dəyişiklik edərək, hər fotodan sonra foks nöqtələrini göstərməsini aktiv edə bilərsiniz. Bu, sizə səhvlərinizi göstərəcək. Çünki fokuslama bu işdə ən birinci amildir. Düşünün ki, siz portre çəkirsiniz. Təbii ki, bu zaman foks nöqtələri çəkəcəyiniz modeldə olmalıdır, əgər nöqtələr başqa bir obyektdə və ya fonda olsa, portre alınmayacaq, “delete” 🙂
4 – Linzanız təmizdirmi?
Siz güzgülü kameranızla hər hansı rütubətli mühitə düşürsünüzsə, obyektivin linzası tərləyə bilər. Lensdə ləkələr və barmaq izləri ola bilər. Ona görə foto çəkməzdən qabaq obyektivinizin ön linzasını diqqətlə nəzərdən keçirin. Daimi təmiz saxlayın. Mümkünsə UV filter istifadə edin. UV filterlə bağlı buradan oxuya bilərsiniz «Burada»