Mikro 4/3 obyektivləri ilə bugünkü vəziyyət – bütün güzgüsüz sistemlər arasında ən yaxşısıdır, lakin bu sistemin öz yaradıcılarının – Olympus və Panasonic-in uğurudur.
Digər istehsalçılar bu sistemdə daha əhəmiyyətli obyektivlər buraxmayıblar, baxmayaraq ki, bütün özəlliklər açıqdır. Bununla belə, makroobyektivlər burda ümumiyyətlə azdır, hətta demək olar ki, heç yoxdur. Buna görə də əlçatan uğur olan Tokina kifayət qədər maraqlıdır, hətta yalnız əl fokusirovkası kimi bəzi funksional məhdudiyyətlərinə baxmayaraq… Digər tərəfdən, makroda 600 mm effektiv fokus məsafəsi – bu artıq əladır, həm də bu qiymətə…
Bununla yanaşı, hətta burada da firma güzgü həllini təqdim edərək optik keyfiyyətlə kompromissə gedib (güzgülü kameralar üçün obyektivlərə əsaslanan yox, obyektivin özünün qurulma prinsipi): optik dəstəni toplayan teleskop prinsipinə əsaslanan ikiqat əks etdirmə. Hazırda bu cür avtofokusu heç kim düşünməyib, diafraqmanı da idarə etmək burda mümkünsüzdür. Stabilizator da görünmür, lakin o bir çox sistemli kameralarda var. Məhz stabilizator üçün burda çip əlavə olunub ki, o da çəkilişə lazım olan parametrləri verir. Əsas üstünlüklərdən biri obyektivin qiymətidir, 740 manat. Bir də onun belə bir fokus məsafəsinə görə kompaktlığı…
Belə fokus məsafəsindən əllə çəkiliş böyük problem doğurur, görüntü silkələnir, fokuslamaq çətinləşir, buna görə də stabilizator şərtdir, həmçinin ştativ. Qapalı yerdə həm də işıqlandırma lazımdır. Lakin obyektiv professiolan istifadə üçün nəzərdə tutulmayıb, çünki ən yaxşı kəskinliyə malik deyil, xüsusilə piksel səviyyəsində. Düz və küncdən düşən bütün şüaları da çox yaxşı tutur, buna görə də blend istifadəsi praktiki olaraq vacibdir. Və arıların dalınca düşməkdən də söhbət gedə bilməz. Amma vəhşi təbiətin çəkilişində bu yaxşı kömək edir, çünki təhlükəli şirlərin və pələnglərin yanına girməyə ehtiyac yoxdur. Panasonic kameralarında ya ştativdən, ya da işıqdan istifadə etmək və qısa aralarda çəkmək lazımdır.
Sırf optik baxımdan obyektiv zəifdir, şüşə obyektivlərdən geri qalır, lakin əksər ekonom-klass obyektivlərində olduğu kimi bir çox şeyi kontrastı və mikrokontrastı gücləndirməklə düzəltmək olur. Qeyri-proffesional istifadə üçün yaxşıdır, xüsusilə təcrübəli əllərdə. Digər tərəfdən, korpusdakı “makro” yazısına baxmayaraq, tam makroobyektiv sayıla bilməz, çünki fokusirovkanın minimal distansiyası 80 cm-dir, hətta bu məsafədən də o kifayət qədər həcmli təsvir yaradır.
Şəkil maraqlı alınır – fon bütün hallarda dağılır, özü də çox güclü, amma əgər işıq ləkəsi görsəz, onlar ləkə yox, bu cür obyektivlər üçün tipik “bubliklər” olacaq. Yeri gəlmişkən, bunu müəyyən effekt kimi istifadə etmək olar. Beləliklə, makro və dağınız fon sevənlərçün maraqlı fon alınır. Təbii ki, həm də əl fokusirovkasından qorxmayanlar üçün də.
Fokus üzüyünün gedişi axıcı, yüngül və böyük amplitudadır, həndəsi dəyişiklik burda obyektə təsir etmir. Korpusun rahat fokusirovka üzüyü ilə ənənəvi dizaynı var – məqsədli şəkildə geniş edilib ki, onu çox fırlatmaq lazım gələcək. Daşınma baxımından çəkisi problem yaratmır, sistemin üstünlükləri istifadəçinin xeyrinədir.
Üstünlüklər
• Çəki
• Yığcamlıq
• Qiymət
• Çip
Nöqsanlar
• Optik keyfiyyət
• Əl fokusu
• Fokusirovkanın böyük minimal məsafəsi
Xarakterik xüsusiyyətlər
• Güzgülü obyektiv
• Xüsusi olar mikro 4/3 altında işlənib
• Rusiyaya rəsmi təchizat